"Bu, çox ciddi hadisədir. Hamı bunu bilməlidir ki, Türkiyə heç zaman terrora boyun əyməyəcək, terrorla əlaqəsi olanları heç zaman bağışlamayacaq və onlarla sonuna qədər mübarizə aparılacaq. Bunu həm təhlükəsizliyə cavabdeh olanlar, həm də xalqımız bilir". SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Abdullah Gül baş nazir Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanına ötən gün edilən silahlı hücuma münasibətini bildirərəkən deyib. Abdulla Gül cinayətkarların yaxalanaraq məsuliyyətə cəlb olunacaqlarını bildirib: "Ümid edirəm ki, bu terror əməlində iştirak edənlər yaxalanaraq məsuliyyətə cəlb ediləcəklər".
Qeyd edək ki, ötən gün Türkiyədə baş nazirin maşın karvanına silahlı hücum nəticəsində 1 polis əməkdaşı ölüb, 2 nəfər isə ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB