“Həmsədrlərlə problemimiz var” Karen Bekaryan

“Həmsədrlərlə problemimiz var” Karen Bekaryan

ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işin səmərəliliyində problemimiz var. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bunu analitik Karen Bekaryan həmsədrlərin son açıqlamalarını şərh edərkən "Sətirlər arasında" verilişinin növbəti sayının efirində deyib.

"Həmsədrlərin bəyanatında Azərbaycana təxribatla bağlı heç bir qınaq olmadı. Bu bəyanatda Azərbaycan hədəfə alınmadı. Həmsədrlərin bəyanatında Azərbaycanı müharibəyə təhrik etməsi kimi Türkiyənin mövqeyi ilə əlaqəli heç bir izahat verilməmişdir", deyə Karen Bekaryan bildirib.
Təhlilçi diqqətə çatdırıb və etiraf edib ki, Minsk Qrupu həmsədrlərinin bəyanatında ittiham olunan erməni tərəfinin formatının dəyişdirilməsində müxtəlif göstərişlər var və bu da Minsk Qrupu ilə işimizdə problemlərimizin olduğunu göstərir.
Onun sözlərinə görə, bütün istiqamətlərdə daha ciddi olmağın vaxtı çatdı, bütün daxili atmosfer təhlükəsizlik təhdidinə uyğun olmalıdır.
"Hər şeydən əvvəl, hakimiyyət öz imkanlarını düzgün qiymətləndirməlidir. İkincisi, ölkə, dövlət, dövlətçiliyin mövcudluğu, ictimai təhlükəsizlik şübhə altına alınmamalıdır, hətta daha ciddi olmağa qadir olmasa belə", deyə o bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə