Fransa Senatı uydurma "erməni soyqırımı"nı inkar edənlərə cəza verilməsi haqqında qanun layihəsini qəbul etməyib. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Senatın müzakirələrində iştirak edən 290 senatorundan 270 qanun layihəsi ilə bağlı səsvermədə iştirak edib. Onlardan 196-sı qanun layihəsinin qəbul edilməsinin əleyhinə, 74-ü isə lehinə səs veriblər.
Müzakirələrdə çıxış edən senatorların əksəriyyəti bu qanun layihəsinin qurum tərəfindən qəbul edilməsinə qarşı çıxıb. Hakim partiyanı təmsil edən senatorlar bunun yalnız Türkiyə ilə deyil, Azərbaycanla da münasibətlərə mənfi təsir göstərəcəyini bildiriblər. Onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Fransanın da ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olduğunu xatırladaraq belə bir vəziyyətdə bu sənədin Fransa Senatı tərəfindən qəbul edilməsinin məqsədəuyğun olmadığını qeyd ediblər.
Xatırladaq kı, bu il aprelin 13-də Senatın Konstitusiya komissiyası qanunverici orqanların tarix yazmasına qarşı çıxmışdı və layihənin Fransa Konstitusiyasına, fikir azadlığına zidd olduğunu, qəbul edilərsə, Türkiyə ilə münasibətlərin pozulmasına səbəb ola biləcəyini bildirmişdi.
Qeyd edək ki, Fransa Milli Assambleyasının 2006-cı il oktyabrın 12-də qəbul etdiyi qanun layihəsinə əsasən, "erməni soyqırımı"nı inkar edənlərin 1 il həbsə məhkum edilməsi və 45 min avro həcmində cərimələnməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB