“Dövlət başçısı iqtisadiyyatımızın, ordumuzun güclənməsinə çalışır” ÖZƏL-MÜNASİBƏT
Azərbaycan müharibə vəziyyətindədir, düşmənlə üz-üzəyik və buna görə də iqtisadiyyatımız, ordu qüdrətimiz çox güclü olmalıdır. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Mərkəzin rəhbəri vurğulayıb ki, dövlət başçısı bu istiqamətdə, iqtisadiyyatımızın, ordu qüdrətimizin daha da gücləndirilməsi istiqamətində islahatların gücləndirilməsinə çalışır.
“Cənab Prezidentin rəhbərliyi ilə ilin birinci yarısının yekunlarına həsr olunan iclasda üzə çıxdı ki, nazirliklər arasında koordinasiya hələ də zəifdir və müəyyən məsələlər həll olunmalı ikən sona saxlanılır. Bu da təbii ki, Azərbaycana problemlər yaradır, necə ki, su ehtiyatları ilə bağlı hal-hazırda problemlərlə üzləşmişik. Dövlət başçısı iclas zamanı aydınlaşdırdı ki, müəyyən problemlər var və qüsurlar ortadan qaldırılmalıdır. Tapşırıqlar verilib, hədəflər qoyulub və bu tapşırıqlarla hədəflərə çatmaq üğrunda iş görmək lazımdır və fəaliyyət davam etdirilməlidir. İndiki şəraitdə iqtisadiyyatda yarana biləcək problemlər bizə təhlükəsizlik problemi də yarada bilər. Bu çox vacib məqamdır. Çünki, bir tərəfdən düşmənlə üz-üzəyik, digər tərəfdən pandemiya ilə mübarizə aparırıq və iqtisadiyyatda da müəyyən problemlər yaranıb. Yəni bu problemlərin həlli üçün bütün nazirlərdən vicdanla, xalqın və millətin, dövlətin maraqları uğrunda çalışması tələb olunur. Əgər bu olarsa əlbəttə ki, qüdrətimiz, gücümüz bir qədər də artar”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB