"Erməni Milli Konqresi" ilə Pashinyan arasındakı maneə artır” "Hraparak"
Vaqram Avetisyanın hökumət tərəfindən Konstitusiya Məhkəməsinə hakim təyin edilməsi "Erməni Milli Konqresi" və Nikol Paşinyan arasındakı maneəni daha da artırır. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus "Hraparak" qəzeti yazır.
Qəzet yazır ki, Vaqe Qriqoryan üçün də bu namizədlik gözlənilməz olub və o hesab edir ki, Konstitusiya Məhkəməsini birincinin "boyunduruğundan" azad etmək səyləri nəticə verməyib, çünki əvvəlki hökumətin bir katibinin oğlu Konstitusiya Məhkəməsinə göndərilib. Bundan əvvəl Artak Zeynalyanın namizədliyi müzakirə edilsə də, son günlərdə Nikol Paşinyan fikrini dəyişib.
Armen Sarkisyanın Artak Zeynalyanın namizəd olacağı istisna edilmir. İki gün əvvəl Hakimlər Şurasından bir namizəd, İnzibati Məhkəmənin hakimi Lilit Hakobyan da son namizəd hesab edildi. Ancaq onun haqqında söyləyirlər ki, o müstəqil və öncədən proqnozlaşdırılmayandır, hansıki bu da Ermənistan hakimiyyətini bir az daha düşünməyə vadar edib. Yerevanın ümumi yurisdiksiya məhkəməsinin hakimi Liza Qriqoryan da alternativ namizəd hesab olunur.
Hakimlərin ümumi iclası hökumətdən "mesaj" gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB