Erməni təxribatları, Azərbaycana, azərbaycanlılara, ümumilikdə türklərə qarşı ermənilərin düşmən mövqeyini indi artıq bütün dünya görməməzliyə vurmağa çalışsa belə bunu bacarmaz, görmürəm desə belə buna inanan olmaz. Çünki, Dağlıq Qarabağda deyil, Azərbaycanın başqa bir sərhəddi boyunca, Tovuz rayonu istiqamətində təxribatlardan, dinc əhaliyə, yaşayış məntəqələrinə, obyektlərə artilleriya atəşindən tutmuş, dünyanın müxtəlif ölkələrində azərbaycanlılara qarşı təxribatlara, vəhşiliyə, vandallığa qədər erməni həyasızlığını danmaq mümkünsüzdür.
Son hadisələr həm də bu vaxtadək “yazıq erməni” donu, komuflyajı geyinən ermənilərin nəinki donunu, olmayan üz pərdəsini də cırdı və simasızlığını bütün dünyaya bəyan elədi. Artıq ermənilər üçün gizlədiləcək bir məqam qalmadı və erməni politoloqları da bunu etiraf edirlər ki, ABŞ Konqresində belə Ermənistan-Azərbaycan müharibəsi son həddə, apogeydədir və diplomatiya müharibəsində də ermənilər artıq uduzurlar. İstər 2016-cı ilin aprel döyüşlərində, istər sərhəddə son döyüşlərdə, istərsə də diplomatiyada bu məğlubiyyətlərinin fonunda gizlədiləcək erməni simasızlığının qalmadığını dərk edən ermənilər bütün gücləri ilə çirkinliklərini, məkirlərini ortaya atmaq məcburiyyətində qalıblar və bunu gizlətmirlər də. Necə deyərlər cin, yaxud iblis artıq şüşədən çıxıb və açıq şəkildə öz şərini yaymaqdadır.
Bəli, məhz iblis öz şərini yayır və onun yaydığı şərinə alət olanlar da var. Əslində, bütün dünyada “şər iblisi” ləqəbli, Corc Soros kimi tanınan bircə nəfər var. Amma erməni cəmiyyətində onun Nikol Paşinyan kimi əlaltıları, “Soros” fondunun pullarına, yalına hərəmşiyən itləri də az deyil. Qərbə meyilli Paşinyan ifadəsinə dünya mediasında dəfələrlə rast gəlirik və əslində bu, Nikolun pula, yala, Sorosa, dolayısı ilə iblisə, məhz “şər iblisi”nə meyilliliyinin başqa bir şəkildə ifadə tərzidir ki, bu da açıq şəkildə erməni baş nazirinin də, ermənilərin də, ermənipərəstlərin də mahiyyətini ortaya qoyur.
Məsələ burasındadır ki, “Soros” fonduna, pula, yala həris ermənilər meydanda tək deyillər və onların özlərinin də itləri var. Bu itlər arasında Avropanın, Qərbin satılmış bəzi yüksək çinli məmurlarından tutmuş, Azərbaycanı, vətənini, yurdunu, yuvasını, evini qoyub qaçan, xarici ölkələrin küçələrində məskunlaşmağı tərcih edənlər də var. Azərbaycan sərhəddindən kənarda dırnaqarası qəhrəman kimi özlərini göstərməyə çalışanlar bəzən erməninin itinə qoşulub Azərbaycanın haqq işini, ədalətli mövqeyini müdafiə edənlərin ünvünına da səslənləməyə qədər alçalmağı özlərinə rəva bilirlər.
Avropanın bəzi şəhərlərində daldalanacaq tapıb hədyan danışanlar, söyüş ritorikası ilə siyasətə qoşulduğunu zənn edənlər, ailəsini atıb Amerikaya qaçaraq özünü demokrat kimi qələmə verməyə çalışanlar dərk edə bilmirlər ki, yekunda iblisin, “şər iblisi”nin özünə, hətta iblisin itinə də xidmət edirlər. Xidmət etdikcə də azğınlaşır, dövlətinə, xalqına, torpaqlarının, ərazi bütövlüyünün müdafiəsinə xidmət edən həqiqi vətənpərvərlərə də dil uzadır, ağız büzürlər. Büzdükləri ağızlarını köndələn qoyaraq sosial şəbəkələrdə, yaxud əllərinə keçən internet imkanlarının yaratdığı müxtəlif vasitələrdə öz anti-Azırbaycan mövqelərini ortaya qoyur, dövlətçiliyimizin, müstəqilliyimizin, suverenliyimizin keşiyində dayanan, müdafiəsinə qalxanların adlarını belə murdar ağızlarında səsləndirməyə cəsarət edirlər.
Bütün dünya azərbaycanlılarının indi, “Biz birlikdə güclüyük” şuarı altında birləşdiyi məqamda, dünyanın müxtəlif ölkələrində, eləcə də ABŞ kimi kifayət qədər qüdrətli bir ölkədə azərbaycanlıların toplaşdığı, ərazi bütövlüyünü, haqq işini müdafiə etdiyi bir zamanda Azərbaycana qarşı, onun maraqlarını qoruyanlara qarşı fəaliyyətə nə ad qoymaq olar? Bəlkə buna özləri ad qoysunlar? Özləri desinlər görək, bütün fəaliyyəti böyünca Azərbaycan əleyhinə çalışan, erməniləri dəstəkləyən, maliyyələşdirən “şər iblisi”nin fəaliyyətinə, ideyalarına, strategiyasına xidmət etmək, bu iblisin iti olan ermənilərin dəyirmanına su tökmək iblisə xidmət deyilmi?
İndi Avropanın Mirzəliləri, yaxud Amerikanın Osmanqızıları ağız büzənlərin başında durub, hər gün bir “canlı”, yaxud “cansız” yayımla ağızlarına gələni danışırlar. Baxmırlar ki, nə danışırlar, nədən danışırlar və kimdən danışırlar. Osmanqızı öz adına yaraşdırdığı, televiziya dediyi, əslində isə hədyan danışıqlar efirində Amerikada vətənimizin, Azərbaycanımızın mənafeyini müdafiə edənləri utanmadan hədəfə alır. Səfirlik, konsulluq qarşısında 5 min erməniyə qarşı 50 nəfər azərbaycanlının dayanmasına utanmadan, namərdcəsinə lağ edir. Ailəsini, vətənini, olmayan ləyaqətini, şərəfini bir cəsusa satan qadın üçün həmvətənlərini erməni toplumuna satmaq ola bilsin adi görünür, amma normal cəmiyyətin, normal əxlaqlı insanların gözündə bu nəinki qəbuledilməz, hətta açlaqlığın, aşağılığın son həddidir. Amerikada 5 min erməninin qarşısına 50 azərbaycanlının çıxmasını qəhrəmanlıq, vətənpərvərlik kimi təqdim etmək əvəzinə, bunu ağılsızlıq kimi qələmə vermək xəyanətin də son həddidir və öz xalqına qənim kəsilməkdən başqa bir şey deyil.
Osmanqızı konsulluqlar qarşısında nümayiş keçirib, erməni vandallığının, terrorunun əleyhinə, azərbaycan həqiqətlərinin, haqq işinin müdafiəsinə qalxanlara qarşı çıxmaqla yanaşı, ölkəmizin, dövlətçiliyimizin informasiya məkanında müdafiəsinə qalxan Azərbaycan mətbuatına da dil uzadır. Hazırda erməni yalanlarının ifşa edilməsində, haqlı olduğumuzun dünya miqyasında bəyan edilməsində müstəsna xidməti olan, Azərbaycan media məkanına qərəzli yanaşma yalnız düşmənçilik kimi xarakterizə oluna bilər ki, biz buna yalnız işğalçı ölkənin, Ermənistanın mətbuatında rast gələ bilərik. Bütün bunlar öncə sadalananları bir daha təsdiq edir və isbat edir ki, həqiqətən də, haqlı olaraq ünsür adlandırılan bu insanlar satqınlar, xəyanətkarlar və düşmənə, iblisə, onun itinə xidmət edənlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB