“Ermənistan silahlı qüvvələrinin iyul ayının 12- də Azərbaycanla sərhəddin Tovuz istiqamətində törətdiyi hərbi avantura çox ciddi beynəlxalq rezonans doğurub”. Bunu SİA-ya millət vəkili Elman Nəsirov ermənilər tərəfindən xaricdə yaşayan azərbaycanlılara qarşı törədilən vandal hərəkətlərdən danışarkən bildirib: “Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, diaspor nümayəndələrimiz həmin ölkələrdəki səfirliyin qarşısında Azərbaycan dövlətinə, ordusuna, Ali Baş Komandanına dəstək ifadə edən yürüşlər keçiriblər.
Eyni zamanda Ermənistan səfirliyinin qarşısında onların işğalçılıq hərəkətlərini pisləyən yürüşlər keçiriblər. Təəssüf edim ki, bir çox şəhərlərdə xüsusən də ABŞ-ın Los- Anceles, Belçikanın Brüssel şəhərində hadisələr dramatik xətt üzrə inkişaf etdi. Həmin ölkədə yaşayan erməni diasporu öz xisləti və mahiyyətini ortaya qoyaraq barbar addımlar atdı. Onların qrup şəklində ayrı-ayrı azərbaycanlılara qarşı vəhşi davranışını ifadə edən kadrlar geniş yayılıb. İndiki məqamda hesab edirəm ki, olduqca təmkinli, ehtiyatlı yol seçməliyik. Bu kadrlar bütün dünyada yayılıb və bildirim ki, azərbaycanlıların əsəblərinə toxunub.
Xəbərlər gəlir ki, Rusiyanın bir çox şəhərlərində oxşar prosesin elementləri var. Azərbaycanlıların küçədə erməni mənşəli insanlara təzyiq göstərməsi ilə bağlı informasiyalar var.
Ermənilər həmin kadrları yayıb nə qədər azərbaycanlının həbsinə nail olacaqlar. Hesab edirəm ki, indiki halda erməni kimi davranıb, toqquşmalar həyata keçirtmək, qisas almaq yolverilməzdir. Ən yaxşısı bildirim ki, bu gün Azərbayacan Xarici İşlər Nazirliyinin bu istiqamətdə işləməsidir. Xarici ölkələrdə 57 səfirlik, həmçinin konsulluqlarımız var. Onlar həmin rejimə keçməli, informasiya məkanında son dərəcə fəal olmalıdırlar. Bütün bunlarla yanaşı Disporla İş üzrə Dövlət Komitəsi də həmin rejimdə işləməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB