“Dünyanın bütün azərbaycanlıları erməni təxribatına yox deyir” ÖZƏL-ŞƏRH

“Dünyanın bütün azərbaycanlıları erməni təxribatına yox deyir” ÖZƏL-ŞƏRH

Mən şübhə etmirən ki, ermənilərin müxtəlif ölkələrdə azərbaycanlılara qarşı təxribatlarının arxasında məhz Ermənistan hakimiyyəti dayanır. Bu sözləri SİA-ya açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbəri xüsusilə qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan dünən hökumətin iclasında, hansıki, artıq təxribatlar azərbaycanlılara qarşı baş vermişdi, belə bir fikir işlətdi ki, sərhəddəki döyüşlərin fonunda o erməni lobbisinin fəaliyyətindən məmnundur və bu da azərbaycanlılara qarşı təxribatlara onun dəstək verdiyini və bu təxribatların İrəvanda hazırlandığını təsdiqləyir.

“Sözsüz ki, təxribat törədən ermənilər müxtəlif ölkələrdə, müxtəlif şəhərlərdə öz cavablarını kifayət qədər aldılar və anlamalı idilər ki, əgər azərbaycanlılara qarşı bir daha təxribata yol versələr, bundan da on qat artıq cavablarını alacaqlar. Çox təəssüf ki, beynəlxalq təşkilatlar bu məsələyə adekvad reaksiya bildirmədilər, təxribatın ilk ünvanını göstərmədilər, Ermənistan hakimiyyətinə təzyiq etmədilər, erməni lobbisini yerində otuzdurmadılar. Çünki, bu təxribatlar yenə də azərbaycanlılara qarşı davam edə bilər.

Azərbaycanlılar həssaslıq nümayiş etditrirlər. Cənab Prezidentin də şuarına uyğun olaraq, “biz birlikdə güclüyük”. Dünyada yaşayan bütün azərbaycanlılar indi artıq işğala dözümsüz yanaşırlar, müşahidəçi mövqe nümayiş etdirmirlər ki, bu da haqlı mövqedir. İlk dəfədir mən özüm də şahidi oluram ki, dünyada yaşayan bütün azərbaycanlılar bir yumruq kimi birləşiblər və erməni təxribatına, erməni vandalizminə yox deyirlər. Ermənistan hakimiyyəti və erməni lobbisi anlamalıdır ki, işğal siyasəti davam etdikcə, Azərbaycan torpaqlarının işğalda qalması davam etdikcə onları xoşbəxt gələcək gözləmir, azərbaycanlılar buna dünyanın istənilən nöqtəsində belə müqavimət göstərəcəklər. Amma hüquq müstəvisini də biz aşmayacağıq, hüquqi müstəvidə də erməni təxribatı ilə mübarizəni davam etdirəcəyik. Mümkündür ki, təxribatçılar terrora baş vursunlar, hansı ki, bu sahədə onların böyük təcrübəsi var. ASALA terror təşkilatı yüzlərlə insanı, günahsız diplomatı qətlə yetirib. Yenidən xortlayıb ortaya çıxa bilər bu terror təşkilatı və buna da, adekvat cavablara da biz hazır olmalıyıq. Amma yenə də o fikrimdə qalıram ki, dünyada yaşayan 50 milyon azərbaycanlı artıq işğala dözümsüz yanaşır, müşahidəçi qala bilmir, bir yumruq kimi birləşib. Ermənilərin ticarət aparması da artıq bir mənfi hal kimi qiymətləndirilir. Bütün bunlar azərbaycanlıların ortaya qoyduğu mövqedən xəbər verir ki, erməni lobbisi, Ermənistan hakimiyyəti və sıravi erməni də anlamalıdır ki, Azərbaycanın torpağının işğalı üzərində özlərinə xoşbəxt gələcək qura bilməzlər” , deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə