Türk-Amerikan Federasiyası: "ABŞ Ermənistana sanksiya tətbiq etməlidir" AKSİYA

Türk-Amerikan Federasiyası: "ABŞ Ermənistana sanksiya tətbiq etməlidir" AKSİYA

ABŞ-da yaşayan türk icması, Ermənistanın Nyu Yorkdakı nümayəndəliyi qarşısında ölkənin Azərbaycana qarşı hücumlarına etiraz edib. SİA xəbər verir ki, türk, Azərbaycan və Axıska Türkləri Cəmiyyəti üzvlərinin iştirakı ilə Türk-Amerikan Cəmiyyətləri Federasiyasının (ATCF) rəhbərlik etdiyi etirazda, Türkiyə və Azərbaycan bayraqları daşıyan qrup nümayişçi Ermənistanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) Daimi Nümayəndəliyi qarşısında bir saatlıq səssiz aksiya keçirib.

Daha sonra isə mətbuata açıqlama verilib. ATCF prezidenti Tulqa Təkman qrup adından açıqlama verərək Ermənistanı işğalçı və terrorçu dövlət adlandırıb. Ermənistanın son dövrdə təcavüzkar mövqeyinin regionda neft və qaz hökmranlığını saxlamaq istəyən böyük dövlətlərin süqutunun nəticəsi kimi dəyərləndirib.

Ermənistan tarixinin soyqırım və qətliam cinayətləri ilə ləkələndiyini vurğulayan Tekman əlavə edib ki, Ermənistan 30 ilə yaxındır ki, Dağlıq Qarabağı işğal altında saxlayır, Türkiyə və Azərbaycanın düşməni olan terror təşkilatlarına dəstək verir, türk varlığına son qoymağa çalışır, Ermənistan Xocalı soyqırımı ilə bağlı cavab verməlidir.

Federasiyanın prezidentinin fikrincə, ABŞ-ın Los Anceles şəhərində izdihamlı bir qrup erməninin 50 nəfər azərbaycanlıya hücumu qətiyyətlə qınanmalıdır, ABŞ-ın hakim dairələri buna yüksək səviyyədə reaksiya verməlidir.

Amerika Konqresi üzvlərinə müraciət edən Tulqa Tekman qeyd edib ki, Tovuz bölgəsindəki təxribatlara, xüsusilə də, Xocalı soyqırımı və Qarabağın işğalına görə Ermənistana qarşı sanksiyalar tələb edib və türk dünyasını bu məsələ ilə bağlı dəstək olmağa çağırıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə