Azərbaycan ordusuna atılan silahlar Serbiyada istehsal olunub XİN
Bizdə tam dəqiq məlumatlar var idi ki, bu hadisə baş verib.
SİA-nın məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov Serbiyanın Ermənistana silah göndərməsi ilə bağlı söyləyib.
Onun sözlərinə görə, səfirliklər vasitəsilə təmasları davam etdirilir. Hazırda Serbiya tərəfində bu məsələnin araşdırılması məsələsi başlanılıb. Bununla bağlı Azərbaycana rəsmi izahat veriləcək: "Biz bu addımların atılmasına gətirib çıxaran məsələləri bilmək istəyirik. Xatırlatmaq istəyirəm ki, bu məsələnin gündəlikdə olan həssas məsələ olduğunu qeyd etmək istəyirik. Ermənistan-Azərbaycan istiqamətində aparılan tədqiqatlar göstərdi ki, mülki vətəndaşlara, Azərbaycan ordusuna atılan silahlar Serbiya istehsalıdır. Əlbəttə ki, silah istehsal edən ölkə bu silahın istifadəsinə və hansı ölkəyə satılması məsələlərinə görə məsuliyyət daşıyır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB