"Bu gün münaqişələr artıq virtual məkana keçir". SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib. Onun sözlərinə görə, informasiya texnologiyalarının inkişafı cinayətlərin yeni növlərini yaradır: "Azərbaycanda informasiya sahəsində təhlükəsizliyə milli təhlükəsizlik siyasətinin tərkib hissəsi kimi baxılır. 2004-cü ildə milli təhlükəsizlik haqqında qanun qəbul olunub və bu qanunda qeyd olunan məsələ də öz əksini tapıb . Eyni zamanda Azərbaycan İT sahəsində təhlükəsizliyə dair Avropa Şurası Konvensiyasına da qoşulub. Həmçinin, ölkəmizdə İSO standartları hazırlanıb və tətbiq olunub".
NATO-nun bu sahədə öz təcrübəsini bölüşəcəyinə ümidvar olduğunu söyləyən nazir müavini qeyd edib ki, hazırda Azərbaycanda kibertəhlükəsizliyin təminatı üçüm kadr hazırlığına xüsusi diqqət yetirilir.
Qeyd edək ki, bu gün Bakıda "Kiber və milli təhlükəsizlik. NATO-nun siyasəti və milli baxış" mövzusunda konfrans keçirilib. Konfrans NATO-nun koordinatoru missiyasını yerinə yetirən Rumıniyanın Azərbaycandakı səfirliyi, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunub.
Ekspertlər dünyada dövlət və strateji əhəmiyyətli veb səhifələrə kiber hücumları, beynəlxalq kiber təhlükəsizliyi, NATO-nun kiber və informasiya təhlükəsizliyi sahəsindəki siyasəti, bu sahədə beynəlxalq təcrübə, kiber hədələr və onların fərdi səviyyəsi, mövcud problemlərdən çıxış yolları və digər bu kimi məsələləri müzakirə ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB