“OK!” Azərbaycan jurnalının peşəkar saç ustası və vizajist Fazilə Rəcəbova ilə müsahibəsi
"OK!" Azərbaycan jurnalının peşəkar saç ustası və vizajist Fazilə Rəcəbova ilə müsahibə verib. SİA-nın Milli.Az xəbər portalına istinadən verdiyi xəbərə görə, Fazilə Rəcəbova bir neçə sualı cavablandırıb.
Peşəkar saç ustası və vizajist Fazilə Rəcəbovanı Azərbaycanın paytaxtında tanıyan çoxdur. Bu gənc və gözəl xanım dəbli Bakını təkcə öz peşəkarlığı və yaradıcılığın bir sahəsi hesab etdiyi peşəsinə sevgisi ilə deyil, həm də insani keyfiyyətləri - mehribanlığı, xeyirxahlığı, səmimiyyəti ilə fəth etməyi bacarıb.
- Fazilə, stilist olmaq qərarına necə gəldiniz?
- Bu təsadüfən baş verdi. 10 il bundan əvvəl, model kimi çalışdığım vaxtlarda məşhur modelyer Raf Sərdarovun moda nümayişində iştirak edirdim. Səhnə arxasında Sergey Voronin modellərin aksessuarları və saç düzümləri üzərində işləyirdi. Mən də kənardan onun işinə tamaşa edirdim. Bu iş çox xoşuma gəldi. Bütün detallara fikir verirdim: saçı necə yığır, aksessuarlarla necə işləyir və s. Bu iş o qədər xoşuma gəldi ki, stilist olmağa qərar verdim. Beləliklə də, model biznesindən saç ustalığına yönəldim.
- Müəlliminiz kim olub?
- Demək olar ki, bu sənətə özüm yiyələnmişəm. Çalışdığım birinci salonda yeganə saç ustası mən idim, odur ki, kimdənsə öyrənmək imkanım yox idi. Özüm yavaş-yavaş saç yığmağı, saç düzümləri etməyi öyrənirdim. Öz üzərimdə çalışaraq, xarici kurslara gedir və peşəkarlığımı artırırdım. İlk zamanalar təkcə saçlarla məşğul olsam da, sonra vizajist kimi də çalışmağa başladım.
- Qadını gözəlləşdirməyin sirrini bizə açıqlaya bilərsiniz?
- Elə bir sirr yoxdur. Mənə elə gəlir ki, sadəcə, hər bir qadındakı gözəl cəhətləri, onun üstünlüklərini görməyi bacarmaq lazımdır. Ən əsası isə makiyajla hər şeyi korlamamaq, təbiiliyi qorumaqdır. Mənim üçün əsas qayda müştərimin yaşından böyük görünməməsidir. Və əlbəttə ki, qadının fərdiliyinin qorunub saxlanması. Bütün sirr bundan ibarətdir! (Gülümsəyir).
- Deyirlər ki, gözəl olmayan qadın yoxdur. Siz də bu fikirlə razısınızmı?
- Kaprizli müştərilərlə tez-tez qarşılaşırsınız?
- Müştərilər müxtəlif olur. Kaprizli insanlarla dil tapmağı bacarmaq lazımdır. Mən ən kaprizli müştərini belə dilə tutmağı bacarıram! (Gülür). İnsanı söylədiklərinizə inandırmalısınız, ona bu və ya digər rəngin, saç düzümünün yaraşıb-yaraşmadığını elə söyləmək lazımdır ki, buna inansın və qətiyyən inciməsin.
Elə olur ki, müştəri heç özü də nə istədiyini bilmir. Mən nəyisə məsləhət görürəm, razılaşmır. Halbuki, mən həmin xanımın daha qəşəng görünməsini istəyirəm. Kaprizli müştərilər insanı göz yaşı tökməyə qədər gətirib çıxara bilər. Amma mən heç vaxt müştərinin qarşısında ağlamamışam. Bəzən salona gələn xanımın əhvalı yaxşı olmur, müəyyən problemlər, qayğılar onu narahat edir. Belə olanda insanı hər şey qıcıqlandırır və onu razı salmaq mümkün olmur. İşimizdən də narazı qalır. Belə hallarda özümü çox pis hiss edirəm, əsəbləşirəm. Amma şükür Allaha ki, bu cür hallar az olur. Əksər hallarda müştərilərimiz bizdən razı qalırlar və səhəri gün bizə minnətdarlıq dolu smslər, mesajlar göndərirlər. Bu mənə çox xoş təsir bağışlayır (gülümsəyir).
- Demək olar ki, bütün stilistlər həm də yaxşı psixoloq olurlar. Salona gələn müştərilər öz dərdini onlarla bölüşür. Başqalarının problemlərini dinləməkdən yorulmursunuz ki?
- Səmimi deyim ki, bəzən kiminsə dərdini dinləmək çox çətin olur. Bəs əgər bu insan üstəlik kaprizli müştəridirsə, onda necə? Təsəvvür edirsiniz! Mən isə öz emosiyalarımı büruzə verə bilmərəm, çünki insanlar mənim yanıma gözəlləşmək üçün gəlirlər. Ümumiyyətlə, əhvalım pis olanda işləyə bilmirəm, çünki bu özünü işimdə də göstərir. Amma hər bir halda müştərilərimin əhval-ruhiyyəsini qaldırmaq üçün əlimdən gələni edirəm. İşləyə-işləyə lətifə danışıram, zarafat eləyirəm və beləliklə də, hər şey qaydasına düşür. Salona qayğılı halda gələn xanım buranı çox şən və gülümsəyərək tərk edir!
Gəlinlər isə salonumuzdan çox xoşbəxt bir şəkildə ayrılırlar! Hər bir qız üçün toy günü xüsusi gündür. Həmin günün necə keçməsi gəlinin saç düzümü, makiyajı üzərində çalışan ustadan da asılıdır. Mənim gəlin-müştərilərimi razı salmamağa sadəcə haqqım yoxdur! Mən hər zaman gəlinlərə təbii obraz yaratmağa, onların gəncliyini və gözəlliyini vurğulamağa çalışıram. Hər bir xanım öz toyunda hamıdan qəşəng görünməlidir!
- Bəs özünüz necə, ailə qurmağa hazırlaşmırsınız?
- Sizin seçəcəyiniz kişi necə insan olmalıdır?
- Bəs Fazilə Rəcəbova özü necə insandır?
- Siz Azərbaycanın tanınmış stilistlərindən birisiniz. Bəs bu peşədə artıq uğur qazandığınızı nə vaxt hiss etdiniz?
- Bunun üçün xeyli gözləməli oldum. Ümumiyyətlə, uğur qazanmaq üçün işləmək, tənbəllik etməmək, bu günün işini sabaha qoymamaq və keyfiyyətli iş nümayiş etdirmək lazımdır. Ən əsası isə öz işini sevmək və hər bir işi ürəkdən yerinə yetirmək lazımdır. Əgər əvvəllər mən ad üçün işləyirdimsə, indi adım mənə işləyir. Bir çox reklam xarakterli çəkilişlərdə pulsuz iştirak edirdim, bununla belə, öz işimi keyfiyyətlə yerinə yetirir və ünvanıma ancaq müsbət rəylər eşidirdim. Artıq 10 ildir ki, bu sahədə çalışıram və ilk uğurumu fəaliyyətimin 5-ci ilində hiss etməyə başladım. Bu müddət ərzində xeyli sayda məşhur insanla əməkdaşlıq etmişəm. Hazırda bir sıra jurnallarla işbirliyim var, üz qabığı üçün obrazlar yaradıram. Məsələn, Brilyant Dadaşova, Manana, Nərgiz Cəlilova, Aydan Salahova, Anfisa Çexova, Rəqsanə və Nura Suri kimi məşhur xanımlarla işləmişəm. Bundan başqa, mənim müştərilərimin sırasında Milli Məclisin xanım deputatları da var.
Bir məqamı da qeyd etmək istərdim. Uzun müddət idi ki, özümə yaxşı komanda axtarırdım. Məni asanlıqla başa düşə biləcək insanlarla birgə çalışmaq istəyirdim. Artıq fotoqraf Orxan Aslanov və stilist Stasdan ibarət belə bir komandamız var. Birlikdə reallaşdırdığımız bütün layihələr çox böyük uğur qazanıb. Çünki biz bir-birimizi yaxşı başa düşürük, bu isə gözəl nəticəyə təminat verir!
- Öz sahənizdə qazandığınız uğurlara baxmayaraq, tədbirlərdə, əyləncə gecələrində gözə dəymirsiniz. Sanki səs-küydən uzaq durmağa çalışırsınız...
- Belə yaxşı formada qalmaq üçün idmandan başqa nə edirsiniz?
- Gündəlik rejimim var və ona riayət etməyə çalışıram. Düşünürəm ki, belə həyat tərzi hər bir qadının xarici görünüşünə yaxşı təsir göstərə bilər. O cümlədən, yuxu rejiminə də əməl etməyə çalışıram. Qeyd etdiyimiz kimi idmanla məşğul oluram, bundan başqa, təbii tərkibli maskalardan istifadə edirəm. Amma deməzdim ki, özümə çox vaxt sərf edirəm. Çox şeyə görə təbiətə borcluyam! (Gülümsəyir).
- 2011-ci ilin yaz ayları üçün əsas trendlər nədən ibarətdir?
- Öncə onu vurğulayım ki, dəbin arxasınca qaçmaq lazım deyil. Sizə yaraşanı seçin. 2011-ci ilin dəbində də əsas trend təbiilikdir. Təbiilik həm saç düzümlərində, həm də makiyajda aktualdır. Təbii buruqlar, təbii rənglər və yüngül saç düzümləri... Makiyaj isə həmişə geyim üslubuna uyğun olmalıdır. Adətən, qızlar hansısa ulduza bənzəməyə can atırlar. Əlbəttə ki, ulduzların obrazlarından müəyyən xüsusiyyətləri mənimsəmək olar, amma fərdi cəhətləriniz qoruyub saxlamaq şərti ilə! Bəzən məni Sofi Lorenlə müqayisə edirlər və bu mənə çox xoş təsir bağışlayır. Mən özüm də Sofi Loren, Monika Beluççi kimi gözəl qadınların heyranıyam. Amma bu qadınların üslubu mənə nə qədər yaxın olsa da, fərdi obrazımı qoruyub saxlamağa çalışıram.
- Bəs sizin fərdi obrazınız hansıdır?
-Əfsanəvi Şəhrizad obrazı! (Gülümsəyir).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB