ABŞ Konqresindən ermənilərə sarsıdıcı qətnamə zərbəsi "İŞĞALÇISAN"
ABŞ Konqresinin nümayəndələr palatasının məhkəmə məsələləri üzrə komitəsi öz gündəliyinə konqresmenlər Stiv Şabot və Stefan Koenin düzəlişlərini daxil ediblər. Qeyd edilən düzəlişdə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın adları keçir. SİA xarici mətbuata istinadən xəbər verir ki, düzəlişə görə, dövlət katibi və müdafiə naziri Konqresin müvafiq komitəsi ilə birgə bu ölkələrdəki köçkünlərin statuslarını müəyyən edəcəklər. Məruzədə 1991-ci ildə xarici güclər vasitəsi ilə qanunsuz olaraq işğal edilmiş ərazilərdən zorakı yollarla çıxarılan və eyni zamanda qətlə yetirilən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova vətəndaşlarının adları yer alır.
Sözügedən düzəliş artıq Ermənistanda panikaya səbəb olub. Ermənilər onu “ABŞ Konqresi tarixində ən anti-erməni qətnamə” adlandırıblar. Bu barədə erməni politoloq Suren Sarqsyan özünün “Facebook” səhifəsində yazıb.
“Hələ indiyə qədər bu cür anti-erməni qətnaməsi olmamışdı. Əgər bu, həm də Senat tərəfindən qəbul edilərsə, bu, ciddi presedent və baş ağrısı olmaqla yanaşı, beynəlxalq və digər sənədlərin daxil olması perspektivini artıracaq”, deyə erməni politoloq bildirib.
Qeyd edək ki, öz növbəsində Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bəyan edib ki, ABŞ Konqresinin nümayəndələr palatasında kifayət qədər mühüm düzəlişlər qəbul olunub.
L.Abdullayeva hesab edir ki, bu düzəlişdə Azərbaycan ərazilərinin işğal faktı öz təsdiqini tapır.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB