“Onlar “Milli Şura” deyil, xəyanətkarlar, juliklər şurasıdır” Hafiz Hacıyev
“Qeybətxana yuvası olan "Milli Şura"nın "zoom"la keçirilən iclasında işlədilən ifadələri eşitdikdə, əlini göyə qaldırıb belə tərbiyəsiz və əxlaqsız virusların aramızdan yox olmasını arzulayırsan”. Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, “Milli Şura”-nın dirijoru Kərimli Əli, “ağsaqqalı” Cəmil Həsənli ola, hansı milli qeyrətdən danışmaq olar?. Xarici qüvvələrin diktəsi ilə istər Kərimli Əlisi, istər Həsənli Cəmil, istər Hacıbəyli Gültəkin və digər satqı və dələduz viruslar birmənalı olaraq hazırda Azərbaycana qarşı mənfur kampaniyalar aparılır: “Məqsəd Azərbaycandakı sabitliyi və təhlükəsiz həyat mühitini pozaraq güclü təxribat yaratmaq, ölkədə qarışıqlıq salmaq üçün hər yola əl atılır. İllərdir biz qüvvələri bu iyrənc anti-kampaniyaları davam etdirdiyini görürük. Bu gün qıvrıla-qıvrıla qalan bu dələduzlar yığnağı Azərbaycanda qarışıqlıq yaratmaq üçün tin kornavirusdan faydalanaraq, guya xalqın dərdinə qalmaq məqsədi ilə sosial şəbəkələrdən çağırışlar edir, mitinqlərə çıxmaqla bu problemdən xidas olmaq nail olacaqlarını bildirirlər. Səviyyəsi düşüncə buna deyilir. Erməni əsgərinin çəkməsinə «tryapka» olmağa razı olan Kərimli Əli, Həsənli Cəmillərdir ki, işğalçı və təcavüzkar Ermənistannı müdafiəsinə qalxaraq deyir ki, iqtidar erməni dövlətin ancaq börtanlar ağdırır. Məqsəd nədir? “Milli Şura” dələduzları Azərbaycanda ikinci erməni dövləti qurmaq üçün işğalçı erməni əsgərinin çəkməsinə “tryapka” olmağa belə razıdırlar. Kimsə doğrudan da varlanmaq üçün, xəyanətinə əvəz olaraq pula satılır. Məhz buna görə də xəyanətin qiyməti yüksəkdir. Satqın üçün hər şey - satlıq maldır. Ancaq unutmaq olmaz ki, hər kəs gec-tez etdiyi cinayət əməllərinə görə də cəzasını çəkməlidir. Ancaq bu parazitlər anlamırlar ki, “sirkə nə qədər tünd olsa öz qabını çatladacaq”.
Hafiz Hacıyev “Milli Şura” üzvlərinin neftin qiymətinin düşməsi ilə bağlı səsləndirdiyi ironiya dolu fikirlərə də münasibət bildirib və qeyd edib ki, rəhbərlik etdiyi partiyadan onlar haqqında zaman-zaman verilən bəyanatlar öz yerini tutub: «Hamısı səviyyəsiz insanlardır. Orada kimlər var?! Hazırda «Milli Şura»da rayon partiya komitələrindən, hərbi hissələrdən qovulmuş adamlar, vaxtilə parlamentdə gedib Avropa Şurası Parlament Assambleyasında Azərbaycanı təmsil edən Gültəkin Hacıbəyli kimi əxlaqsız, satqın və mənəviyyatsızlar. Beləlrini dar ağacından asmaq lazımdır”.
H.Hacıyev onu da deyib ki, “Milli Şura” deyilən juliklər şurası çox şişirdilir: «Həmin qurumda 5-10 nəfər julik yığışıb, mənimçün onlar juliklər şurası idi. Mən bu məsələ ilə əlaqədar dəfələrlə öz müsahibələrimdə demişəm. Çünki onlar əqidə cəhətdən kasat, xaricə satılmış və vaxtilə müəyyən hakimiyyətlərin qollarına xidmət etmiş insanlar olub”.
Partiya sədrinin sözlərinə görə, onların da yiyələri artıq bildiyiniz kimi müəyyən yerdə yoxdur: “Ona görə də onların iflası gözlənilən idi. Lakin düşünürəm ki, heç bir işə yaramayan, indiyə kimi heç bir fəaliyyəti olmayan qurumun iflasından danışmağa da dəyməz. “Milli Şura” indiyə kimi dövlət, xalq üçün nə edib ki?”.
H.Hacıyev bildirib ki, dövlətə, müstəqilliyə, Elçibəyə xəyanət edən insanların axırı yaxşı olmayıb, olmayacaq da: “Onların bu cür məhv olması labüddür. “Onlar “Milli Şura” deyil, yenə də deyirəm, xəyanətkarlar şurasıdır. Bu xəyanətkarlar şurasının başçısı Vaşinqtona gedirsə, özünə bığ qoyub həmin bığı rəngləyirsə, bunlardan hansı kişiliyi gözləmək olar?! Onlar həmişə Azərbaycana xəyanət edən insanlar olublar. Bu gün də həmin yolu tutublar. Düşünürəm ki, bu gün onlara inanan yoxdur. Onların gələcəyi də, perspektivi də yox dərəcəsindədir. Xalq onları heç vaxt qəbul etməyib. Onlar xalq qarşısında çıxış edə bilməzlər. Onların videoiclaslarına baxın, biri təpəsi üstə yatır, o biri böyrü üstə durur. Belə dələduzların yeri küçədə zibilxanalardır, ancaq ora da onlar üçün layiq deyil .Çünki o zibil yeşiklərini təmizləyib dezinfeksiya edirlər, bu virusları dezinfeksiya etmək mümkünsüzdür, cəmdəkləri başdan-ayağa qədər virusdur”.
Rəfiqə HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB