Türk fotoqrafının Yerevanda sərgisi açılacaq

Türk fotoqrafının Yerevanda sərgisi açılacaq
Türk fotoqrafı Attila Durakın Yerevanda sərgisi açılacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, sərgi ilə bağlı Yerevanda hazırlıq işləri başa çatmaq üzrədir. İki ay davam edəcək sərgi "ERBU – türk mədəniyyəti müxtəlifliyinin inikası" adı ilə nümayiş olunacaq.
Layihə çərçivəsində "ERBU – türk mədəniyyəti müxtəlifliyinin inikası" adlı kitab çap olunub ki, sözügedən sərgidə onun da təqdimatı keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə