“Bir məsələni dəqiqliklə deyə bilərəm: KTMT Azərbaycanla müharibə etməyəcək” - Qriqori Trofimçuk

“Bir məsələni dəqiqliklə deyə bilərəm: KTMT Azərbaycanla müharibə etməyəcək” - Qriqori Trofimçuk

“Ermənistan hər zaman KTMT-yə arxalana bilər. Əgər belə olmasa idi, onun nəinki Qarabağ münaqişəsi, həm də Türkiyə ilə müharibəsi ola bilərdi”. SİA xəbər verir ki, bu barədə Rusiyanın müdafiə və təhlükəsizlik üzrə eksperti Qriqori Trofimçuk Ermənistanın 1in saytına verdiyi müsahibəsində deyib. Bununla yanaşı o bildirib ki, Azərbaycan da geniş masştablı müharibə aparmır və bunu Moskvaya nəzər salarkən də görmək mümkündür.

Rusiyalı ekspertə görə, əgər Rusiya Federasiyası və KTMT olmasaydı, hər şey Ermənistan üçün daha dəhşətli nəticələrə gətirib-çıxara bilərdi. “Hərbi-siyasi blok Ermənistan-Azərbaycan sərhədində baş verənlərə onsuz da biganə qala bilməzdi”, deyən Trofimçuk onu da əlavə edib ki, lazım olan konkret reaksiya ATƏT-in Minsk Qrupu tərəfindən verilmədi və bu da böyük problemdir: “Əgər ATƏT-in Minsk qrupu lazım olan rejimdə işləmək gücündə deyilsə, onda öz postlarını atıb-getsinlər. Çünki məhz ATƏT-in Minsk qrupu əvvəl-axır təcavüzkar ölkənin adını açıqlamalı, o cümlədən yeni qarşıdurmada həlak olanların dəqiq sayını bildirməlidir, çünki hər iki tərəf müxtəlif rəqəmlər açıqlayır. Ancaq 2016-cı ilin aprelindən sonra bu baş vermədisə, indi də onu gözləməyə dəyməz”.

“2018-ci ildən başlayaraq Nikol Paşinyanın Qarabağ ətrafındakı tezisləri faktiki olaraq danışıqlar prosesini məhv edib və iş yalnız bunda da deyil”

Rus eksperti eyham edib ki, ortada daha çox məhz ermənilərin cəhdləri görünür.

“Yeri gəlmişkən, Ermənistanın çoxsaylı fəalları KTMT-nin cavabdehlik daşıması ətrafında pedala basırlarsa, onda təbii obrazda beyinlərdə və düşüncələrdə erməni ordusunun fəaliyyəti və İrəvanın məqsədi daha çox hiss edilməyə başlayır”, deyən Q.Trofimçuk daha sonra qeyd edib: “Mən bunu belə açıq şəkildə etməzdim. KTMT hər şeyi gözəl anlayır və adekvat olaraq əlində olan imkanları qiymətləndirir. Bir məsələni dəqiqliklə deyə bilərəm: KTMT Azərbaycanla müharibə etməyəcək”.

Rus ekspert hərbi əməliyyatların yenidən baş qaldırmasını iki əsas faktorlarla əlaqələndirib: “Birinci, Bakının nöqteyi-nəzərindən Qarabağ münaqişəsi ilə bağlı danışıqları ümumiyyətlə nəticəsiz qalıb, ikincisi, 2018-ci ildən başlayaraq Nikol Paşinyanın Qarabağ ətrafındakı tezisləri faktiki olaraq danışıqlar prosesini məhv edib və iş yalnız bunda da deyil”.

“Paşinyan erməni vətəndaşları tərəfindən lazım olan kütləvi dəstəyə malik deyil, mövcud olan dəstək belə get-gedə zəifləyib və bu, avtomatik olaraq Azərbaycan üçün perspektivlər açır”

Trofimçuk hesab edir ki, Qarabağ mövzusu bağlı deyil və bu dramın sonu yoxdur: “Son illərdə baş verən döyüşləri əsas tarixi nöqtələri ilə xatırladım: 2014-cü ilin avqustu, 2016-cı ilin apreli və 2020-ci ilin iyulu. Bununla yanaşı, Bakıda dəqiq bilirlər ki, Paşinyan erməni vətəndaşları tərəfindən lazım olan kütləvi dəstəyə malik deyil, hətta mövcud olan dəstək belə get-gedə zəifləyib və bu, avtomatik olaraq Azərbaycan üçün perspektivlər açır”.

Rusiyalı ekspert Ermənistan hakimiyyətinin hansı yanlışlıqlara yol verdiyini də izah edib və bildirib: “Hələ 2018-ci ilin yazında mən deyirdim ki, Ermənistan rəhbərliyinin qərbyönümlü liberal baxışları bütünlüklə Cənubi Qafqaz üçün problem yarada bilər. Ona görə də bu gün biz dəqiq bilməliyik ki, Qarabağ müharibəsinın davamı kimə lazımdır...”

“Bu nəzarətçilər daim bizə sübut etməyə çalışırlar ki, erməni-azərbaycanlı zonasındakı təmas xəttinə nəzarət edirlər, vəssəlam...”

Minsk qrupunun standart bəyanatlarından başqa daha hansı addımlar ata bilməsi ilə də bağlı fikir yürüdən rus eksperti bildirib ki, əslində, bu qurum heç nə edə bilmir: “Hətta standart bəyanatların səsləndirməsi də, belə bir mənzərə yaradır ki, bu amil onların gücündə olan iş deyil. Yeri gəlmişkən, hər iki tərəfin ordu hissələri bir-birinə zərbələr endirərkən, onların müşahidəçiləri harada idilər? Yalnız Qarabağ ərazisi deyil, bütünlüklə erməni-azərbaycanlı münaqişəsi ATƏT-in Minsk qrupunun fəaliyyəti və kompetensiyası altında olmalıdır. Çünki Qarabağ olmasaydı, erməni-azərbaycanlı münaqişəsi də baş verməzdi. Ona görə də, bu relaksiyaedici qrupun nəzarətçiləri bizə dəqiq məlumatlar versinlər: kim, nə vaxt, hansı güclərrə 2020-ci ilin iyul ayının 12-dən 13-ə keçən gecə zərbələr endirməyə başlayıb. Bu nəzarətçilər daim bizə sübut etməyə çalışırlar ki, erməni-azərbaycanlı zonasındakı təmas xəttinə nəzarət edirlər, vəssəlam. Onlar 2016-cı ilin Vyana və Sankt-Peterburq sammitlərinin qərarlarını icra edirlər. Qoy özlərinin dedikləri kimi, obyektiv nəzarətləri barədə məlumatlarını versinlər”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə