“Metsamorun AES-in vurulması məsələsi birinci dəfə deyil ki, müzakirə mövzusudur. Hətta vaxt olub ki, Ermənistanın bir vaxtlar müdafiə naziri olan Seyran Ohanyan Metsamorun vurulmasını gündəliyə gətirib. Biz zaman biz ona, Seyran Ohanyana cavab verdik, hansı ki, Mingəçeviri vurmaq məsələsini də ortaya atmışdı. O zaman bu məsələ erməni mətbuatında yayıldı. İndi də, təxminən bir il bundan qabaq Ruben Zərgəryan var idi Dağlıq Qarabağın Rusiyadakı qondarma nümayəndəsi, hansıki ara-sıra o da yazır. O vaxt erməni tərəfindən Ohanyan, biz tərəfdən də mən bu məsələni qaldırmışdıq. O vaxt bu məsələ geniş rezonans yaratmadı. Çünki, o vaxt Ermənistan cəmiyyətində indiki ilə müqaisədə müəyyən qədər güc var idi, özlərinə müəyyən mənada inam var idi.” Bu sözləri SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Mərkəzin direktorunun sözlərinə görə, indi Ermənistan cəmiyyəti o qədər zəifdir ki, adicə hədədən qorxur.
“Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlının Metsamor AES-lə bağlı verdiyi cavab çox düzgün cavabdır, çox yerində olan cavabdır. Amma Vaqif Dərgahlının verdiyi Bəyənat ermənilərin hədsiz dərəcədə zəif olduğunun üstünü açdı. Ona görə, yenə də deyirəm, Ermənistan tərəfdə bu ideyanın bir tərəfində müdafiə naziri dayanmağına baxmayaraq, rezonans yaratmadı, amma indi bizim, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbərinin deməyi rezonans yaratdı. Bax, burada vacib məsələ budur.
Biz Metsamor AES-i vura bilərik və haçan da vurulacaqsa bunun dəqiq hesablamaları var. Bu AES vurulanda Naxçıvana necə təsir ola bilər, Türkiyəyə necə təsir ola bilər, mən bu məsələləri bilirəm və mən elə başa düşürəm Azərbaycanda bəlkə də elə ən az bilənlər sırasındayam və lazım olan adamların hamısı da bilir. Yəni, bu Ermənistan cəmiyyətində xoflanmanın, həyəcanlanmanın dərəcəsidir. Bu həm də Psixoloji cəhətdən Ermənistan cəmiyyətinin geri getməsinin nəticəsidir.
Metsamorla bağlı digər bir parametr də odur ki, Vaqif Dərgahlının məlum bəyanatından sonra Moskvadakı ermənilər, hansıki, qeydiyyatdan keçiblər, təyyarəyə miniblər, Yerevana gəlmək istəyirlər, artıq gəlməkdən imtina etdilər. Ermənistanın özündən də artıq axın gözlənilir, məhz Metsamor AES-ə görə. Yəni bu Bəyanat elə bu prizmadan qiymətləndirilməlidir.
Ermənilər gedib beynəlxalq aləmə şikayət edəcəklər, eləsinlər. Beynəlxalq aləmdə onlara deyiləcək ki, iki variant var Dağlıq Qarabağ tənzimlənməsi ilə bağlı və beynəlxalq aləmi ələ salmaqdansa gedin o variantların biri ilə məşğul olun. Ona görə də ermənilər səhv yoldadırlar. Onlar Metsamor AES-i beynəlxalq aləmə çıxarmaqla, özlərinə təzyiqi artırmıış olurlar”, deyə Mübariz Əhmədoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB