İyulun 16-da axşam saatlarında "AzIz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən başladılan "Cəbhə xəbərləri" onlayn layihəsinin növbəti iclası keçirilib. Bu blits konfransları Azərbaycan və Ermənistan arasındakı cəbhə bölgəsindəki vəziyyətə qısa nəzər salır.
Ermənistanın Azərbaycana təcavüzünün ikinci günündə başlayan onlayn konfranslar cəbhə xəttində baş verən hadisələr barədə israilliləri məlumatlandırmaq, həmçinin Cənubi Qafqazdakı geosiyasi vəziyyət barədə həqiqətə uyğun məlumatların yayılması üçün hazırlanıb.
İclasın qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı Rauf Əliyev olub. Deputat çıxışında Dağlıq Qarabağ münaqişəsinin tarixindən və bu gün hərbi əməliyyatların getdiyi yerlərdən danışıb. Rauf Əliyev qeyd edib ki, Ermənistan silahlı qüvvələri 12 iyul tarixindən başlayaraq Dağlıq Qarabağdan 100 km dən artıq məsafədə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ağdam və Dondar Quşçu kəndlərinin ərazilərində yerləşən Azərbaycan ordusunun mövqeylərini və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutaraq hücuma keçib. Təxribat nəticəsində Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu qəhrəmanlıqla həlak olub. Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur qonşu ən çirkin əməllərə əl ataraq mülki əhaliyə qarşı cinayyət törədib. Nəticədə 76 yaşında vətəndaşımız həlak olub.
Qəhrəman Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verib, düşmən ağır itgilər verərək geri oturdulub. Əldə olunan məlumatlara görə Ermənistan tərəfinin 100-dən artıq canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası, atəş nöqtələri və komanda idarəetmə məntəqələri məhv edilib.
Çıxışının sonunda Rauf Əliyev dünya ictimayyətini Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünü və 12 iyuldan başlayaraq törətdiyi təxribatlara münasibət bildirməyə çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB