Ermənistanın ölən və yaralananlarla bağlı yalnış məlumatları ifşa edildi
Ermənistanın "Агенство Международной Информации" informasiya agentliyində ölkənin yaralı əsgərlərlə bağlı İstintaq Komitəsinin məlumatlarının Ermənistanın Müdafiə Nazirliyinin məlumatları ilə üst-üstə düşmədiyi barədə məlumat yerləşdirilib. SİA "Новости Армении" saytına istinadən xəbər verir ki, agentlik məlumata aydınlıq gətirməyə çalışarkən bir sıra faktları qarşılaşdırıb.
Belə ki, məlumatda Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəd boyu gedən atışmalar zamanı yaralanmış erməni hərbi qulluqçularının sayı Ermənistanın İstintaq Komitəsi tərəfindən ilkin olaraq 30 əsgər olaraq müəyyən edilib və məlumat verilib. Daha sonra isə yekun olaraq atışmalar zamanı 36 əsgərin yaralandığı məlumata əlavə edilib. Lakin, Ermənistanın Müdafiə Nazirliyinin verdiyi məlumatda yaralı erməni hərbi qulluqçularının sayı 20 əsgər kimi qeyd edilib. Onlardan 10-nun müalicəsinin davam etdiyi və birinin vəziyyətinin isə ağır olduğu məlumatda bildirib.
Bu informasiya onu göstərir ki, atışma zamanı yaralanan və həlak olan erməni hərbi qulluqçularının sayını göstərən rəqəmlər təhrif olunduğuna görə qurumların açıqlamalarında uyğunsuzluğa və yanlışlığa səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB