"Ermənistan qəsdən mülki şəxsləri hədəfə alır" XARİCİ MƏTBUAT

"Ermənistan qəsdən mülki şəxsləri hədəfə alır" XARİCİ MƏTBUAT

Xarici mətbuatda Ermənistanın qəsdən mülki şəxsləri hədəfə alaraq Azərbaycana hücum etdiyinə dair məlumat verilib. SİA xəbər verir ki, "Cision Company"ə məxsus "PrNewsWire" saytında bu haqda məlumat verilib.

Yazıda bildirilib ki, Ermənistan beynəlxalq hüquq normalarını və iki ölkə arasında mövcud atəşkəsi pozaraq mülki əhalini qəsdən hədəfə alıb və Azərbaycana beynəlxalq sərhədi keçmədən hücum edib.

Nəticədə mülki sakinlərin, habelə Azərbaycan hərbçilərinin həlak olduğu və xəsarət aldığı qeyd edilib.

Əlavə edilib ki, Ermənistan ordusu sərhəddə yerləşən Azərbaycan kəndlərində mülki itki və dağıntılara səbəb olan ağır artilleriya ilə atəşə tutmaqda davam edir və bu, beynəlxalq humanitar hüququn daha bir kobud pozuntusudur.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə