Kanada Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələrdən dolayı narahatdır. SİA xəbər verir ki, Kanadanın Xarici İşlər Nazirliyi bununla bağlı bəyanat yayıb.
Kanadanın Xarici İşlər Naziri Fransua-Filipp Şampanın adından verilən bəyanatda deyilir: "Kanada Ermənistan-Azərbaycan sərhədi boyunca baş verən zorakılıqlardan narahatdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu ilə yanaşı, Kanada hər iki tərəfi güc tətbiq etməkdən çəkinməyə, atəşkəsə riayət etməyə və mülki insanları qorumağa çağırır".
Bəyanatda qeyd edilib ki, bu münaqişənin həllində Helsinki Yekun Aktı, xüsusilə də güc tətbiq edilməməsi, ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə prinsipləri nəzərə alınmalıdır.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB