“Meydan TV” – yağı düşmənə qucaq açan xəyanət girdabı ANALİTİK+FAKT

“İş prinsipini” yalnız və yalnız Azərbaycan dövlətinin və xalqının maraqları əleyhinə yönəldən bu qurumun və onun ölkəmizdəki əlaltılarının satqınçılıq mahiyyətləri dəyişilməmiş qalıb

“Meydan TV”nin yarandığı vaxtdan hazırkı zamana qədər yalnız anti-Azərbaycan xarakterli siyasi qüvvələrin, əsasən də erməni cinahının sifariş və təlimatlarını həyata keçirməsi kimsəyə sirr deyil. Belə faktlar kifayət qədərdir və ən təəssüfedicisi də budur ki, hətta milli dövlətçilik, ümumxalq faktorlarının olduğu yerdə bu xəyanət girdabına çevrilmiş “media ofisinin” qapısı daim düşmənlərin üzünə açıq olub. Bu TV-nin zaman-zaman işğalçı Ermənistanın mövqeyinə bəzən sətiraltı, bəzən isə açıq formada dəstək göstərməsi - misal üçün, bir vaxtlar saytında qondarma “DQR”in bayraq və xəritəsini yayması, habelə erməni QHT rəhbərləri ilə əməkdaşlıqları barədə də mediada çoxsaylı faktlar, dəlillər və sübutlar mövcuddur.

Öz köhnə ampluasına sadiq qalaraq daxilindəki erməni sevgisini açıq-aydın büruzə verir!

Belə olan halda, iş prinsipini yalnız və yalnız Azərbaycan dövlətinin və xalqının maraqları əleyhinə yönəldən “Meydan TV”nin xəyanətkar mahiyyəti dəyişilməmiş qalıb. Biz bunu işçğalçı və təcavüzkar Ermənistanın dövlət sərhədimizin Tovuz rayonu istiqamətində və digər cəbhə bölgələrimizdə törətməyə cəhd etdiyi silahlı təxribatları fonunda bir daha müşahidə etmiş olduq. Ermənilərə qucaq açan, onların bir sözünü iki etməyən bu xainlər yuvası yenə də öz köhnə ampluasına sadiq qalaraq daxilindəki erməni sevgisini aşıq-aydın büruzə verir!

Digər tərəfdən daha bir faktı da xatırlatmaq yerinə düşərdi ki, hələ 2016-cı ilin Aprel müharibəsi zamanı şanlı Azərbaycan Silahlı Qüvvələrinin zəfər yürüşü ərəfəsində ermənilər "Meydan TV"-yə istinad edərək Azərbaycanın əleyhinə qeyri-dəqiq, həqiqəti əks etdirməyən, Azərbaycanın müharibəyə hazır olmadığı fikrini təbliğ edən məlumatlar yayırdılar.

Ermənilərin azərbaycanlıların guya müharibəyə hazır olmadıqları yönündəki təxribatçı fikrlərini ictimailəşdirən də məhz bu xainlər yuvasıdır!

Belə ki, Azərbaycanın işğal altındakı ərazilərini qaçaraq şəkildə tərk etməkdə olan erməniləri sakitləşdirmək və ermənilərdə əminlik yaratmaq üçün sözügedən kanalın yazıları bu gün də internat şəbəkələrində qalmaqdadır. Söz yox ki, həmin vaxtlarda da indi olduğu kimi, erməni sosial şəbəkə istifadəçiləri "Meydan TV"-nin səhifəsindən paylaşımlar edərək ermənilərdə ruh yüksəkliyi yaratmağa cəhd göstərirdilər. Misal üçün, xatırlada bilərik ki, Ani Marqaryan adlı erməni "facebook" sosial şəbəkəsində "Meydan TV"-nin yazısını paylaşaraq öz həmyerlilərini sakitləşdirməyə cəhd edib və onları əmin etməyə çalışıb ki, guya Azərbaycan müharibəyə hazır deyil. O cümlədən, Ani Marqaryan "Meydan TV"-yə istinadən qeyd edib ki, guya Azərbaycanda insanların hökumətə olan inamı tamamilə azalıb, iqtisadi böhrana görə azərbaycanlılar müharibəyə hazır deyillər və s. Lakin həmin vaxt onun bu təxribatı keçmədi və yalanı ifşa olundu – şanlı Aprel zəfəri və torpaqlarımızın bir qisminin işğaldan azad olunması faktı ilə.

Ələkbər Əliyev: “Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə oturub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir”

Başqa tərəfdən, “Meydan TV” ilə bağlı İsveçrədə yaşayan müxalif yönümlü yazar Ələkbər Əliyevin hələ ötən il adıçəkilən qurum barədə fikirlərinin bu gün də qüvvədə olmasına şübhə yaranmır. Belə ki, onun sözlərinə görə, adıçəkilən media qurumu hazırda bir sıra anti-Azərbaycan qruplarının idarəsi altındadır. Saytın və TV-nin Qərb fondlarının tabeçiliyinə keçdiyini bu günə qədər də yüksələn xətlə, yaxşı maliyyə imkanları ilə fəaliyyət göstərdiyini deyən Ə.Əliyev bildirib ki, saytın Azərbaycanla heç bir orqanik bağı yoxdur. SİTAT: “Diqqət edin bu pisdir, yaxşıdır demirəm. Qiymət vermirəm. Sadəcə olduğu kimi dilə gətirilməsini istəyirəm ki, "Meydan TV"-nin “Azadlıq Radiosu”ndan, “BBC”dən, "Amerikanın səsi"ndən heç bir fərqi yoxdur. Bu sayt da digər üç qurum kimi, xaricilərə tabe olan, onların direktivləri ilə oturub-duran, siyasəti tamamilə Qərbdə təyin olunan layihədir. Bunun deyilməməsi ədalətsizlikdir. Bu sıradan bir qrant, hansısa fonddan alınan 3-5 avro deyil, bu qədər məsum deyil yəni. Bütün bosslar tamamilə xaricilərdir”.

Yazarın sözlərindən də aydın görünür ki, bu qurum bilavasitə anti-milli qüvvə kontekstindən çıxış etməklə yanaşı, o cümlədən, xarici təşkilatların əmr quluna çevrilib. Əbəs deyil ki, bu məsələdə “Qərbdə təyin olunan layihə” fikri özəllik təşkil edir. Nəzərə alarsaq ki, bu gün məhz Qərb ölkələrində erməni lobbisinin fəaliyyəti kifayət qədərdir və lobbinin əsas siyasi maraq dairəsi Azərbaycan dövlətinin yürütdüyü qətiyyətli, güclü siyasətə qarşıdır, bu zaman “Meydan TV”dəki xarici şəxslərin siyasi direktivlərinin müəyyənləşdirilməsində, təlimatların verilməsində də bu həqiqət az rol oynamır. Ə.Əliyev bu amili önə çıxararaq, əslində reallığı tam çılpaqlığı ilə ortaya çıxarmış olub.

Ona görə də, E.Millinin adıçəkilən qurumdan getməsinin mahiyyətcə heç nəyi dəyişmədiyini iddia edən müxalifətçi yazar həmçinin bildirib ki, hətta o TV-yə və sayta rəhbərlik edəndə də asılı vəziyyətdə olub: “Emin Milli getdi, başqası gəldi – bunlar dekorasiyadır. Necə ki, bundan əvvəl Emin Milli "Meydan"-da heç nəyi həll etmirdi, bundan sonra da heç bir azərbaycanlı bu saytda heç nəyi həll etməyəcək…”

Anti-Azərbaycan qüvvələrinin içərisində ermənilərin çox ciddi yer tutmaları artıq dəfələrlə isbata yetirilib

Bəli, bu reallıq növbəti dəfə özünü təsdiq etdi və düşmən maraqlarına nökərçilik edən bu TV-nin Azərbaycan Ordusuna, Ordumuzun cəbhədə əldə edilən uğurlarına kölgə salmaq səyləri əlbəttə ki, nəticəsiz qalacaq. Daha dəqiq desək, “Meydan TV” təkcə dezinformasiya hazırlamaqla kifayətlənmir, eyni zamanda, bu informasiyaları erməni saytlarına, ümumilikdə isə dünya mətbuatına ötürür.

Sonda isə belə nəticəyə gəlmək olar ki, bu erməni puluna işləyən və erməni çörəyi yeyən xain qurumun anti-Azərbaycan mövqelərinə son vermək və məhkəməyə müraciət etmək hələ də gec deyil. Belə ki, anti-Azərbaycan qüvvələrinin içərisində ermənilərin çox ciddi yer tutmaları artıq dəfələrlə isbata yetirilib.

Ermənistan ordusunun 100-ə yaxın canlı itkisinin gizlədilməsi üçün sanki bəhsə-bəhsə giriblər

Daha bir məqama diqqət yetirək. Məsələ ondadır ki, Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi, düşmənə layiqli cavab verməsi ərəfəsində bir qrup satqın və şərəfi-milləti bilinməyən, Allahı tanımayan, dinsiz yığnağı yaramazlıqlar edərək, erməni dəyirmanına su tökməklə məşğul oldular. Onlar Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq, işğalçı Ermənistan ordusunun 100-ə yaxın canlı itkisinin gizlədilməsi üçün sanki bəhsə-bəhsə giriblər. Lakin bu cəhdləri də kökündən ifşa olundu və söz yox ki, belələrini də ağır məhkəmə və hüquqi qiymət gözləyir. Buna isə kimsənin şübhəsi olmamalıdır!

Rövşən NURƏDDİNOĞLU

P.S. Əgər “Meydan TV” iyulun 14-15-də ümumxalq yürüşü zamanı təxribatçılıq törədənlərin hüquqi qiymət almaları üçün polis tərəfindən saxlanıldıqlarını hay-haraylı şəkildə car çəkirsə, demək ki, bu TV-nin həmin təxribatlardan xəbəri olub və bu məsələnin daha dərindən araşdırılmasına ciddi ehtiyac var!

Bütün xəbərlər Facebook səhifəmizdə