Dünya ulduzları Usama bin Ladenin haqqında nə dedilər? - SORĞU

Dünya ulduzları Usama bin Ladenin haqqında nə dedilər? - SORĞU
"Əl Qaidə" lideri Usama bin Ladenin Amerika xüsusi təyinatlıları tərəfindən öldürülməsini şərh edənlər arasında amerikalı məşhurlar da var. SİA Türkiyənin "Hürriyet" qəzetinə istinadən onların "dünyanın bir nömrəli terrorçusu"nun öldürülməsinə münasibəti ilə bağlı dərc etdiyi sorğunu təqdim edir.

Peris Hilton: "Los Ancelesə yeni gəldim. Usama bin Ladenin öldüyünü eşidəndə çox sevindim. Terrorun və şərin siması idi. Dünya onsuz daha yaxşıdır".
Tayra Banks: "Böyük qardaşım 20 ildir hərbi xidmətdədir. Ona və bütün cəsur əsgərlərimizə salam olsun".
Ledi Qaqa: "CNN-i izləyirəm. Nifrət və kin duyğusuna qarşı savaşda tarixi gündür".
Cim Kerri: "Qorxunu öldürdülər. Bu gecə nəyinsə baş verəcəyini hiss etmişdim. Bin Laden dövrü sona çatdı. Növbədə nə var?".
Opra Uinfri: "Bunu "müharibə bitdi" kimi başa düşmək olarmı?".
Arnold Şvartsnegger: "Qadınlı-kişili bütün əsgərlərimizlə qürur duyuram. Harda olsanız, ölkəmizə xidmət edən bu cəsur qəhrəmanlara təşəkkür etmək üçün bir dəqiqənizi ayırın".
Snup Doqq: "Bu qəhrəman əsgərləri tezliklə Vətənə qaytarın. Onlarsız çox darıxmışıq. Onlar bizim üçün vuruşublar. İndi də biz onlar üçün mübarizə aparaq".
Spayk Li: "Prezident Obama, Tanrı səni və Amerika Birləşmiş Ştatlarını qorusun".
Denis Riçards: "11 sentyabr terrorunda və müstəqillik üçün savaşda həyatını itirənlər nəhayət, rahat yata bilərlər".
Çarli Şin: "Ölü, ya da diri, fərqi yoxdur. Yaxşı iş gördünüz, uşaqlar".
Mayk Tayson: "Obama Usamadan qurtuldu. İslamın ideyası sülh və sevgidir. Lütfən, Usamanın baxışlarını digər müsəlmanlarla qarışdırmayın".

Bütün xəbərlər Facebook səhifəmizdə