Anar Xəlilov: “Təxribatçılar sərt qaydada cəzalandırılmalıdırlar” RƏY-ÖZƏL

Cəbhədə erməni təxribatının qarşısı güclü Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınıb, düşmənin çoxsaylı canlı qüvvəsi və texnikası məhv edildikdən sonra, erməni maraqlarına xidmət edən müxalifyönümlü şəxslər və saytlar qarayaxma kampaniyasına başlayıblar. Hətta şəhidlərimizin anım mərasimdə kütlə arasına soxulan vətənşüvənlər təxribatlar törətməyə və polis əməkdaşlarına qarşı zorakılıq aksiyaları törətməyə cəhd göstərdilər.

Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, özlərini müxalifət adlandıran bir qrup şəxs və xarici ölkələrdə məskən salaraq erməni fondlarından maliyyələşən "söyüş kollektivi" adlanan insanlar xalqımızın dövlətimizin bu həssas məqamında arxadan zərbə vurmaqla məşğuldular: “İiyulun 12- dən Ermənistan silahlı qüvvələri Tovuz rayonu ərazisində təxribat törədərək mövqelərimizi və yaşayış məskənlərini ağır artireliyadan da istifadə etməklə atəşə tutmuşlar. Nəticədə hərbi qulluqçularımız və mülki əhali arasında tələfat olmuşdur. Azərbaycan silahlı qüvvələri cavab olaraq düşmənə sarsıdıcı zərbələr endirmiş çoxlu sayda texnika, artileriya qurğularını və canlı qüvvələrini məhv etmişdir. Paşinyan hökumətinin yarıtmaz siyasəti nəticəsində Ermənistanda son günlər artan narazılıqlar artıq siyasi böhranın yaranmasına gətirib çıxartmışdır. Pandemiyanın Ermənistana vurduğu ziyan nəticəsində artıq İrəvanda xalqın üsyan etməsi hər an baş verə bilərdi. Məhz bunu görən Paşinyan hökuməti artıq xalqı vədlərlə aldada bilmədiklərini dərk edərək, çıxış yolu olaraq cəbhədə təxribat törədərək ictimai fikri müharibə başlatmaqla yayındırmağa çalışır”.

Anar Xəlilov bildirib ki, Paşinyanın alçaq planı ordumuzun zərbələri ilə dağılır və məhvə məhkumdur: “Azərbaycan ordusu təkcə bu planı yox ümumiyyətlə erməni ordusunu darmadağın edərək torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Azərbaycan xalqı da öz Ali Baş Komandanının və əsgərinin yanındadır. Lakin çox təəssüflər olsun ki, bəzi antimilli qüvvələr, özlərini müxalifət adlandıran bir qrup şəxs və xarici ölkələrdə məskən salaraq erməni fondlarından maliyyələşən "söyüş kollektivi" adlanan insanlar xalqımızın dövlətimizin bu həssas məqamında arxadan zərbə vurmaqla məşğuldular. Sosial şəbəkələrdə geniş təxribatla məşğul olan bu şəxslər orduya, dövlətin bu istiqamətdə atdığı təqdirəlayiq addımlara qara yaxır, xalqı çaşdırmaq niyyətli xəbərlər yayır, düşmənə xidmət edəcək təxribatlara yol verirlər. Döyüş bölgələrindən rəsmi təsdiqini tapmayan uydurma məlumatlar yaymaqla ruh düşkünlüyü yaratmağa çalışan bu şəxslər xarici qüvvələrin sifarişi ilə hərəkət edərək dövlətə xəyanət mövqeyi sərgiləyirlər. Bəyan etsələr də ki, biz ordumuzun yanındayıq, dövlətin mənafeyini qoruyuruq əslində yenə də təxribat əməllərindən geri qalmır, məqam düşdükcə yenə də əməllərini davam etdirirlər. Ötən əsrin 90-cı illərdə olduğu kimi xalqı çaşdırmaq xaos yaratmaq, torpaqların itkisinə yol vermək, əsgər ölümlərindən sui-istifadə edərək öz siyasi ambisiyalarına nail olmaqdır bu insanların məqsədi. Ancaq Azərbaycan xalqı artıq kimin kim olduğunu yaxşı xatırlayır. Şuşanı erməniyə təslim edən Rəhim Qazıyev kimi alçağın təxribat xarakterli çağırışlarına xalq heç vaxt inanmaz. Cildini tez-tez dəyişən artıq siyasi meyitə çevrilən özünü müxalifət adlandıran insanların qara yaxmasına artıq öz ətraflarında olan az saylı trolları belə inanmır nəinki xalq”.

Təşkilat sədri onu da bildirdi ki, xaricdəki Qərbin və ermənilərin xüsusi xidmət orqanlarının alətinə çevrilərək sosial şəbəkələrdə fəaliyyət göstərənlər aydındır ki aldıqları maliyyənin əvəzini onlara verilən tapşırığı yerinə yetirməklə məşğuldurlar: “Xalq artıq bunlara çoxdan ikrah hissi ilə yanaşır. Artıq baxış sayları belə azalan bu insanlar çox acınacaqlı və miskin görünürlər. Bu insanların bəzilərinin iç üzü dünən axşam saatlarında Bakıda gənclər tərəfindən təşkil olunan Orduya dəstək yürüşü zamanı bir daha xalqa bəyan oldu. Normal şəkildə möhtəşəm olaraq Şəhidlər Xiyabanına təşkil olunub yürüş zamanı gənclərimiz və onlara qoşulan digər vətəndaşlarımız himnimizi oxuyaraq. Qarabağa azadlıq deyə dünya ictimaiyyətinə öz səslərin çatdırdıqdan sonra yürüşə son verdilər. Lakin bu yürüşdən istifadə edən “5-ci kalon” təxribata yol verdi. Onlar tərəfindən idarə olunan bir qrup gənc Milli Məclisin qapısını qıraraq içəri daxil olub binaya zərər vurmağa və xalqın əsgərlərimizə, Ali baş komandanına dəstəyinin istiqamətini təxribat yönlü hərəkətlərə yönəltməyə cəhd etmişlər. Polisin çox səbrlə onları nizama dəvət etməsi ardınca polis avtomobilləri çevrilmiş və polislərə qarşı daşlardan istifadə edilmişdir. Bu zaman sosial şəbəkələrdə xalq milli məclisə girdi yazıları yazan bu şəxslər (sonradan bu yazılar silindi) əslində kim olduqlarını bir daha sübut etdilər. Müharibə getdiyi bir zamanda belə addımlar atan təxribatçılara qarşı qanunun bütün tələblərindən istifadə edilməli və sərt qaydada cəzalandırılmalıdırlar. Azərbaycan xalqı öz Ali Baş Komandanına, ordusunun gücünə tam inanır və heç bir təxribat bu inamı sarsıda bilməz. Hər birimiz bu gün məsuliyyətli olmalı yalnız qələbəni, torpaqlarımızın işğaldan azad olmasını düşünməli, lazım gələrsə dövlətçiliyimiz naminə canımızdan da keçməliyik. Allah şəhidlərimizə rəhmət eləsin, Tanrı əsgərlərimizi və Ali baş komandanımızı qorusun”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...