Əli Əliyev Cəmil Həsənlinin təhqirinə cavab verməli idimi..?! RƏY + ÖZƏL

“Milli Şura”nın rüsvayçı video-toplantılarının ardınca, bu qurumun, eləcə də AXCP sədri Əli Kərimlinin “mətbuat katibinə”, eləcə də tərəfli təəssübkeşinə çevrilmiş və hazırda ABŞ-da yaşayan Sevinc Osmanqızının dəvət etdiyi və “Milli Şura”nın üzvü olmayan qonaqları alçaltmaq cəhdləri həddini aşmaqdadır. SİA xəbər verir ki, onun növbəti hədəfi Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev olub.

Belə ki, VİP sədri Əli Əliyev Sevin Osmanqızının “YouTube”dakı “Osmanqızı” kanalına qonaq olarkən, orada yaşananlar birbaşa Azərbaycan jurnalistikasının utancverici məqamları olaraq dəyərləndirilib. Bu barədə qardaş Türkiyədə yaşayan azərbaycanlı jurnalit və Türkiyə Jurnalistləri Birliyinin Ankara üzrə təmsilçisi Oqtay Hacımusalı saytımıza verdiyi açıqlamasında deyib.

“Sevinc Osmanqızı bilərəkdən Əli Kərimlinin vəkilliyini edir”

Onun sözlərinə görə, VİP sədrini efirinə qonaq çağıran S.Osmanqızı veriliş boyunca Əli Əliyevi cavab vermək hüququnu məhdudlaşdırıb, iştirak etdiyi qrant proqramlarından öyrəndiyi ritorikalarla aşağılayıb, öz aləmində qarşısındakı şəxsi ittiham edib və özü də bilərəkdən AXCP sədri Əli Kərimlinin vəkilliyini həyata keçirib.

“Az-çox jurnalistin peşə və əxlaq kodeksindən xəbərdar olan hər kəs bilir ki, jurnalsit hər bir düşünən beyin kimi fikir ifadəetmə azadlığına sahib olsa da, xüsusən müsahibələrdə susmalı, qonağının fikirlərinə hörmətlə yanaşmalıdır”, deyən jurnalist bildirib ki, Sevinc Osmanqızıda bu amillərin heç biri mövcud deyil: “Amma gəlin görək Sevinc Osmanqızı bunu edirmi? Əli Əliyev səmimidir, ya da deyil, bu məsələnin başqa bir tərəfidir, amma mənə qalsa, Əli Əliyev öz adaşı Əli Kərimlidən yüz dəfə daha səmimimdir, amma sən çağırdığın qonağının sözünü kəsirsənsə, efirdən ona qarşı bir başa ittihamlar irəli sürürsənsə, o zaman biz hansı siyasi dözümlülükdən danışaq?”

“Ümumiyyətlə, hansı məntiqə sığır ki, “Milli Şura”nın "sədri" Cəmil Həsənli durub iqtidar - müxalifət dialoqunda iştirak edən müxalifət partiyalarını "tryapka" adlandırır, həm də bunu publik edir, Əli Əliyev cavab verən kimi o dəqiqə günahkara çevrilir?”

Oqtay Hacımusalı əlavə edib ki, bu cür davranışlar ümumiyyətlə hemç bir əxlaqi dəyərlərə də sığmır və burada təəccüblü də heç nə yoxdur. Çünki ortada bəlli ünsürün – Əli Kərimlinin kirli, idbar və ürəkbulandırıcı maraqları dayanır: “Ümumiyyətlə, hansı məntiqə sığır ki, “Milli Şura”nın "sədri" Cəmil Həsənli durub iqtidar - müxalifət dialoqunda iştirak edən müxalifət partiyalarını "tryapka" adlandırır, həm də bunu publik edir, Əli Əliyev cavab verən kimi o dəqiqə günahkara çevrilir? Ya da, Əli Əliyev Əvəz Zeynallının və Arif Əliyevin Əli Kərimli ilə müsahibədən sonra dediklərini deyəndə birdən-birə düşmənə çevrilir? Axı, cənablar və xanımlar, bu “blokada” nağılına inananların 90 fainin sizin elə öz trollarınız olduğunu çox yaxşı bilirik”. Qısacası, qadir Allah dağına baxır qar verir. Allah göstərməsin, sabah bunlar iqtidara gəlsələr, məsələn Rəbbin nəzərindən uzaq, əgər Sevinc Osmanqızı tez - tez adını hallandırdığı çox hörmətli Ədalət Vəliyevin kreslosunda otursa, görün onda nələr baş verər, adam düşünmək belə istəmir...”

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...