“Hakimiyyət qorxu içindədir” Narek Malyan

Ermənistanın müxalifətyönlü “BETO” ictimai-siyasi hərəkatının təsisçisi Narek Malyanın sözlərinə görə, hakimiyyət ümumiyyətlə ictimai dəstəyə malik deyil. SİA xcəbər verir ki, onun fikirlərini panorama.am saytı yazıb. “Onlar elə qorxublar ki, hətta öz maşını ilə İrəvana gedən bir nəfərdən belə hürkürlər. Çüni həmin adamın ətrafında qısa zamanda hətr şeyi anlayan, başa düşən ictimai rəy toplaşa bilər”, deyən Malyanın fikrincə, hətta bir nəfər hökumətr üçün o qədər qorxu yaradır ki, ona qarşı polis gücləri irəli çəkilir: “Hakimiyyət qorxu içindədir, 85 faiz ictimai dəstək, feyk akkauntlardan minlərlə layklar – bütün bunlar yalandır!”.

Erməni müxalifətçi: “Nikol Paşinyanın yeganə dayaq nöqtəsi polis ordusudur ki, bu orqanlar əhali içində heç bir dəstəyə malik deyil”

“Ermənistan hakimiyyəti xarici agentura ilə qəsb edilib, o ictimai dətsəkdən məhrumdur, hökumət gündəmə antierməni, antdövlətçi qanunlar, qərarlar daxil edir”, deyən müxalifət hərəkatçısı əmçinin bildirib ki, ölkədəki fövqəladə hal rejimindən sui-istifadə edən rejim ictimai müqavimətin qarşısını almaqla qul kimi xarici agentura şəbəkəsinin istənilən əmrlərinə boyun əyir”.
Onun sözlərinə görə, Nikol Paşinyanın yeganə dayaq nöqtəsi polis ordusudur ki, bu orqanlar əhali içində heç bir dəstəyə malik deyil. O eyni zamanda qeyd edib ki, özü ilə yanaşı, digər müxalifət qurumu – “Adekvad” ordeninin üzvləri də polisə aparılırlar. Malyan bu müxalifət hərəkatının üzvlərinin də onun anti-Paşinyan hərəkatına birləşəcəyini istisna etməyib.

Narek Malyan bildirib ki, o öz fikirlərini davam etdirəcək və mövqeyini dəyişməyəcək, eləcə də yeni anti-Paşinyan aksiyalarının keçirilməsinə davam edəcək.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə