"ABŞ Azərbaycanla Ermənistan sərhədindəki zorakılığı qəti şəkildə pisləyir" - Dövlət Departamentinin rəsmisi

ABŞ Azərbaycanla Ermənistan sərhədindəki qarşıdurmaları qınayıb və tərəfləri güc tətbiqini dayandırmağa çağırır.

SİA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun qurumun saytında yayılan açıqlamasında deyilir.

“ABŞ Azərbaycanın və Ermənistan sərhədindəki zorakılığı qəti şəkildə pisləyir. Tərəfləri güc tətbiqini dərhal dayandırmağa, aralarındakı mövcud birbaşa əlaqə kanallarından istifadə etməyə və atəşkəsə ciddi əməl etməyə çağırırıq. Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun həmsədri kimi tərəflərə Dağlıq Qarabağ münaqişəsinin davamlı və dinc yolla həllinə kömək etməkdə tam sadiq olaraq qalır. Biz bu məqsədə nail olmaq uğrunda fəal iştirakımızı davam etdirəcəyik. ABŞ Minsk Qrupu həmsədrlərinin tərəflərə mümkün qədər qısa müddətdə əsaslı danışıqlara başlamaqla bağlı çağırışlarına qoşulur və həmçinin vəziyyət imkan verdikcə ATƏT müşahidəçilərinin bölgəyə cəlb olunmasını vacib hesab edir”, - məlumatda belə deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə