"Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, əmrinizi gözləyirik!" Raqif Abbasov

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, hörmətli İlham Əliyev cənabları

Bildiyimiz kimi, 12 iyun 2020-ci il tarixdə erməni silahlı birləşmələri tərəfindən Tovuz rayonu ilə sərhəd ərazilərdə növbəti dəfə atəşkəs rejimi pozularaq təxribata cəhd göstərilmişdir. Mənfur düşmənin bu təxribatı nəticəsində şəhid olan və yaralanmış hərbçilərimiz var. Ölkədaxili nəzarəti itirmiş ermənistan hakimiyyəti təmas xəttində gərginlik yaratmaqla öz vətəndaşları üzərində basqı yaratmaq, səriştəsiz idarəetmə və bərbad beynəlxalq reytinqini ört - basdır etməyə çalışır. Düşmən bele təxribata 2016-cı ildə aprel ayında da əl atmışdı. Həmin döyüşlərdə Azərbaycan ordusunun tutarlı cavabı nəticəsində ermənistan cəmiyyəti sarsıntı və təşviş içində idi. Aprel döyüşləri Azərbaycan xalqının, dövlətimizin, ordumuzun gücünü əyani şəkildə göstərdi. Göstərdi ki, son illər ərzində Sizin tərəfinizdən ordu quruculuğuna yetirilən diqqət, aparılan siyasət, maddi-texniki bazanın möhkəmləndirilməsi nəticəsində, ordumuzun gücü və döyüş potensialı yüksək səviyyədədir. Əminik ki, son təxribatdan sonra da müasir, dağıdıcı qüvvəyə malik silah, döyüş texnikası və avadanlıqla təmin olunmuş Azərbaycan ordusunun qəhrəman əsgər və zabitləri düşmənə layiqli cavab vermişdir. Bütün Azərbaycan xalqı, o cümlədən gənclər Sizin Təhlükəsizlik Şurasındakı çıxışınızdan sonra orduyayazılmaq istəklərini bildirirlər. Çoxsaylı paytaxt gəncləri və idmançılar, Sizin əmrinizlə ordu sıralarında düşmənə qarşı döyüşmək, torpaqlarımızın azadlığı uğrunda canlarından keçməyə hazır olduqlarını bəyan edirlər.

Cənab Ali Baş Komandan,

Biz bilirik ki, Sizin rəhbərliyiniz altında bütüntorpaqlarımnız azad olunacaq. Işğal altında olan bütün kənd, rayon, şəhərlərimizdə, Xankəndində, Şuşada, Laçında, Xocalıdaqısa zamanda üçrəngli Azərbaycan bayrağı qürurla dalğalanacaqdır.

Torpaqlarımızın bütovlüyü ugrunda canınıfəda etmiş bütün soydaşlarımıza, o cümlədən 12 iyun tarixində şəhid olmuş hərbiçilərimizə allahdan rəhmət diləyir, ruhları qarşısında baş əyir, döyüşlərdə yaralanmış hərbiçilərimizə acil şəfa diləyirik.

Cənab Prezident, güclü Azərbaycan naminə biz Sizinləyik, Əmrinizi gözləyirik!

Hörmətlə,

Paytaxt gəncləri və idmançıları adından

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi - Raqif Abbasov

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...