“Ermənistan hakimiyyəti yeni çirkin niyyətlər üçün zaman qazanmaq istəyir” ÖZƏL-MÜNASİBƏT

Ermənistan silahlı qüvvələrinin 12 iyuldan başlayaraq Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşləri ilə müşahidə olunan hücum cəhdi, daxildə böhran yaşayan düşmən ölkənin növbəti səbatsız təxribatıdır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə Heyətinin üzvü, Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, həm koronavirusla bağlı, həm də siyasi baxımdan gərginliklər içində olan Ermənistan hakimiyyəti, bununla, diqqəti yayındırmaq, yeni çirkin niyyətlər üçün zaman qazanmaq istəyir.
“Birmənalı şəkildə aydındır ki, məhz Tovuzda, dövlət sərhəddi boyu təxribat törədən düşmən, diqqəti, cəbhənin Qarabağ istiqamətindən yayındırmaq cəhdindədir. İşğal olunmuş torpaqlarda qanunsuz məskunlaşma aparan, qanunsuz tikinti ilə məşğul olan və bizim torpaqlarda hərbi təlimlər keçirən Ermənistan, öz qanunsuzluqlarına beynəlxalq səviyyədə arzuetdiyi dəstəyi qazana bilmədiyi üçün, “alternativ yol”a əl atır. Belə hesab edir ki, KTMT-ni prosesə cəlb edə, bununla da, Azərbaycan qarşısında üstünlük qazana bilər. Lakin heç bir güc, qüvvət bizi ədalətsiz sülhə vadar edə bilməz! Ərazi bütövlüyünün müzakirə mövzusu olmadığı, ola bilməyəcəyi dövlətimizin prinsipial, gerialınmaz, yumşaldılmaz mövqeyidir!

Beynəlxalq qurum və quruluşlar, ilk növbədə, ATƏT-in Minsk Qrupu, bu Qrupun həmsdərləri hadisəyə siyasi-hüquqi qiymət verməli, təcavüzkara haqq etdiyi münasibəti göstərməlidir.

Ermənistan silahlı qüvvələrinin təxribatçı əməli birinci dəfə deyil baş verir. Yeni təcavüzkarlıq siyasətinə şirnikməməsi üçün düşmən layiqli cavab almalıdır və – Tanrıya şükürlər olsun ki, müzəffər ordumuz bu cavab haqqına, imkanına malikdir. Fürsətdən istifadə edib, cəbhənin Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan hərbçilərimizə Ulu Yaradandan rəhmət, yaralılarımıza şəfalar diləyirəm! Vətən sağ olsun!

Bir daha vurğulamaq istərdim ki, Tovuzda baş verənlər, işğalçı Ermənistan rəhbərliyinin son zamanlar gərginliyi körükləyən fəaliyyətinin, təxribatçı açıqlamalarının davamı kimi qəbul edilə bilər. 1860-cı il təməli daşnaksütunçuluqdan qurtula bilməyən, təcavüzkarlığı daha bugünlərdə dövlət təhlükəsizliyi strategiyasında əks etdirən, demokrat libaslı, işğalçı, terrorçu zehniyyətli Ermənistan hakimiyyəti, öz hərbi qüvvələrini bizim ərazilərdən çıxarmaq yerinə, hələ bir, yeni mövqelər tutmaq məqsədini açıq şəkildə nümayiş etdirməkdən çəkinmir. Bölgədə durumu gərginləşdirən təhrikedici əməllərə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir.

Düşmənin təxribatlarının qarşısı alınıb, alınır və bundan sonra da daha layiqincə alınacaqdır. Dünəndən bəri xalq-ordu, xalq-dövlət birliyinin yeni təzahürlərini yaşamaqdayıq. Çünki ordu da, dövlət də bu xalqın bağrından çıxıb, bu xalqın əsəridir və bu xalq üçündür.

Düşmənin hücumunu dəf edərkən şəhid olan hərbçilərimizə bir daha rəhmət, yaralı hərbçilərimizə şəfalar diləyirəm!

Dövlətimiz zaval görməsin! Bayrağımız uca olsun!”, deyə Əkbər Qoşalı bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...