“Köçəryan hərəkat yaradır” “Hraparak” qəzeti yazır

“Dünən Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfdarları ilə Zoom formatında görüş keçirib. SİA Ermənistana məxsus tert.am saytında yayımlanan məlumatlara istinadən xəbər verir ki, ölkənin ikinci prezidenti faktiki olaraq fəal siyasi bəyanat verib.

“Biz bu komanda ilə Ermənistanda hərəkat yaratmağa çalışmalıyıq. Sizin dəstəyiniz və mübarizənizlə birlikdə hədəflərimizə çatacağıq. Mən buna inanıram”, deyə Köçəryan bəyan edib.
Görüşdə daxili və xarici siyasət, Dağlıq Qarabağ məsələsi, dövlət təhlükəsizliyi, ölkənin sosial-iqtisadi vəziyyəti və perspektivləri, habelə şəxsi məsələlər müzakirə edilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə