“Milli Şura”nın “Qeybət Şurası”nın növbəti şousu

Yaxud layiq olmayanların, layiq olmadaqları …

Deyir, satqınlıq tarixən əxlaqın və mənəvi prinsiplərin aşınmasının göstəricisi kimi dəyərləndirilib. Naturasında xəyanət olan kəslər üçün isə satqınlıq etmək adi bir şey olub. Məhz bunun nəticəsidir ki, ağlı başında, əqidəsi bütöv olan heç kim satqınları sevməyib. Satqınlara yalnız satqınlar dəstək veriblər ki, bu da “taylı tayını tapar” məsəlinin hər zaman özünü doğrultmasından irəli gəlir.

Və bu gün sosial şəbəkələrdə "Milli Şura"-AXCP-nin növbəti videokonfrans formatındakı iclasının görüntüləri, bir-birilərinə tərif demələri, yersiz müqayisələr oxuduqda belə simasız və əxlaqsızların ünqvanına kəsərli bir söz tapa bilmirəm. Belə ki, hələ 2013-cü ildə arici qüvvələrin sifarişi ilə yaranan "Milli Şura"da olanların əsas məqsədi seçkiləri pozmaq, ölkədə qarşıdurma yaramaq idi. Və bu gün də dünyanı ağuşuna alanq koronavirus epidemiyasına qarşı mübarizə yolları axtarıldığı bir zamanda "qeybət şurası"da başlayıb Rəsulzadənin adını Əli Kərimli ilə müqayisə etməyə. Doğurdan da, dəyərsizlik, əxlaqsızlıq buna deyilir. Bu isə cəmiyyətdə daha çox ikrah hissi yaradır. Rahim Hacıyev adlı birinin Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi" elan etməsi, Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin həm ona, həm AXCP-yə, həm də "Milli Şura"ya dividentlər qazandırdığı deməsi, bir daha onların mübarizəsinin "qarın davası"nünü sübutudar.

Deyir hər fəslin öz "qəhrəman"ları, hər dövrün öz "öncül"ləri…

Əgər oxucularımızın yadındadırsa, bir neçə il bundan öncə, Gözəl Bayramlı da AXCP sədrini tərifləyib, onun Nelson Mandella ilə müqayisəsini aparırdı. Ancaq rəhmətlik Həsən Kərimovun bir dəfə bu cür bənzətmələrə və oxşatmalara etiraz etməsi, cəbhəçilər tərəfindən necə daş-qalağ edildisə, yazıq onunla da, oturdu yerində, heç cınqırını da çıxarmadı. Ən məzəlisi isə, Nurəddin Məmmədlinin rusiyalı müxalifətçi Nemtsovun ölümündən sonra Ə.Kərimlini onunla müqayisə etməsi idi: "Nemtsov Əli bəyə qibtə edirdi..." Onun ardınca isə C.Həsənli Ə.Kərimlini A.Eynşteynlə bir tərəziyə qoyur. Bax, bu yerdə deyirlər ki, həyasızlığın son nöqtəsi. Çünki adları çəkilənlərin hamısı siyasətdə, elmdə uğur qazanmış və bütün dünyanın tanıdığı şəxslərdilər. Bəs Ə.Kərimli kimdir? Sənin kimi, Ə.Kərimli də xəyanət, qisaslar, intriqalar toplusu deyilmi? Belə bir ifadə var: bəzi itlər onu yemləyənin əlini dişləyər, onu təpikləyənin isə çəkməsini yalayar. AXCP sədri Ə.Kərimli və onun "banditos" dəstəsi Vətəndən, millətdən və demokratiyadan çox danışsa da, həmişə sözləri əməllərinə zidd olub. Ə.Kərimlinin siyasi karyerası, əslində, sonsuz xəyanətlər, qisaslar, intriqalar toplusudur: o, Azərbaycanda hakimiyyətə gəlmək üçün ölkənin və millətin düşmənləri ilə də separat danışıqlar aparıb, sövdələşib, "maliyyə dəstəsi" və qrantlar qismində paylar alıb, üzərinə öhdəliklər götürüb, sonra hakimiyyətlə danışıqlara can atıb, yenə vədlər verib, amma sonda hamını aldatmağa çalışıb. Abırınıza qısılın. Ancaq bir şey də var ki, abır olsaydı belə müqayisələr aparmazdılar.

Rasim Quliyev: «Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi tarixi şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir"

“Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri Rasim Quliyevin sözlərinə görə “Milli Şura”nın vidokoqnfransları qeybətxananı xatırladır və belə bir mühitdə də səviyyəsizlərin səviyyəsiz söhbətləri heç də təəccüb doğurmur: "Milli Şura” adlı təsisat hələ 2013-ci ildə Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində xarici qüvvələrin sifarişi ilə yaranmışdı. 2013-cü ildə keçirilən prezident seçkilərinə “Milli Şura” adlı qondarma qurumla qoşulan radikal müxalifətin əslində əsas məqsədi seçkiləri pozmaq, ölkədə qarşıdurma yaratmaq idi. Həmin quruma toplaşanlara, nəinki xalqın, hətta, müxalifət nümayəndələrinin özlərinin də inamı yox idi. Çünki “Milli Şura” xarici düşmənlərimizin ideyası əsasında yaradılmışdı, əsas vəzifəsi də müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinə xələl gətirməyə köklənmişdi. Bu quruma toplaşanların ermənipərəst mövqeyi isə hamıya bəlli idi. Bu mənada hesab edirəm ki, belə təşkilatdan ciddi nəsə gözləməyə də dəyməz. Onların əsas işi-gücü arada yığışıb çayxana səviyyəsində dedi-qodu etməkdir. Bunları, hətta “Qeybət Şurası” da adlandırmaq olar. Çünki onların indiyədək keçirdikləri hər bir iclas yalnız qeybətə hesablanıb və bununla da gündəmdə qalmağa çalışıblar. İctimai-siyasi proseslərə təsir imkanları olmayan "milli şura"çılar bu gün videokonfrans formatında yığışaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışırlar. Rəsulzadənin adının belə bir müqayisədə çəkilməsi isə tariximizdə olan şəxsiyyətlərimizin dəyərsizləşdirilməsinə xidmət edir. Onların hərəkətləri cəmiyyətdə daha çox ikrah hissi yaradır. Elə öz aralarında da çəkişmələrə, didişmələrə səbəb olur. Belə son onlayn toplantıların birində Rahim Hacıyev adlı birinin Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi" elan etməsi heç bir çərçivəyə sığmır. İroniya doğuran bu iddiaya Cəmil Həsənlinin və Vidadi Mirkamalın etiraz etməsi bu qurumun hansı vəziyyətdə olduğunu ictimaiyyətə açıb göstərir. Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin həm ona, həm AXCP-yə, həm də "Milli Şura"ya dividentlər qazandırdığı deməsi, bir daha onların mübarizəsinin qarın davası, şəxsi maraqlar davası olduğunu sübut edir".

Alternativ AXCP-nin sədri Razi Nurullayev: “Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək milyonlarla Rəsulzadə sevərlərin qəlbini incitmək və dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir"

Bu arada AXCP sədri Əli Kərimlinin sabiq müavini, hazırda alternativ AXCP-nin sədri, deputat Razi Nurullayevin sözlərinə görə, Rəsulzadənin adını Əli Kərimli ilə eyniləşdirmək milyonlarla Rəsulzadə sevərlərin qəlbini incitmək və dünyasını dəyişmişlərin ruhunu narahat etməkdir: "Rəsulzadə böyük şəxsiyyətdir və onunla eyniləşmək üçün gərək nəsə qurub yaradasan. O, ADR-i yaradıb. Elçibəy isə milli-azadlıq hərəkatının lideri olub, Əli Kərimli radikal, barışmaz müxalifdir və onun fəaliyyəti dağıdıcılıqdan ibarətdir".

Razi Nurullayev Kərimlinin müxalifəti, xüsusilə də AXCP-ni parçaladığını da bu sözləri ilə ifadə edib. “O, nə yaradıb, nə qurub?... İstəyir on qat daha radikal olsun”, deyən müxalifətçi deputat qarşı tərəfin bu vasitə ilə Azərbaycan siyasətini eybəcərləşdirdiyini bildirib.

Mirmahmud Mirəlioğlu: "Xəyanət imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil"

KXCP sədri Mirmahmud Mirəlioğlu Ə.Kərimlinin başdan-ayağa qədər xəyanətkar olduğunu deyərkən, bir maraqlı arqumenti ortaya qoyub. Qeyd edib ki, AXC-Müsavat hakimiyyətinin süquta uğraması səbəblərindən biri də, məhz "Yurd"-Müsavat qarşıdurması olub: "Bilirsiniz ki, Elçibəy hakimiyyəti dövründə parlament seçkilərinin keçirilməsi gündəmdə idi. Dəfələrlə qeyd olunub ki, Elçibəy hakimiyyətinin məğlubolma səbəblərindən biri parlament seçkilərinin keçirilməməsi oldu. Niyəsi var. Ona görə ki, "Yurd"-Müsavat qarşıdurması bütün prosesləri tormozlayırdı. 1993-cü ilin payızında seçkiləri keçirmək istəyirdik. Bunun baş tutmamasının başlıca səbəbi hakimiyyət daxilində "Yurd"-Müsavat qarşıdurması olub. Bunlar 1997-1998-ci illərdəki fəaliyyətlərində açıq xətlə Elçibəyi "bitmiş bir insan" kimi qeyd edirdilər. Prezident seçkilərində iştirak etməmənin kökü də gedib ora çıxırdı. Müxlifətin seçkidə vahid komandada iştirak etməməsi bir tərəfdən, ikinci tərəfdən isə təşkilat daxilində birliyin olmaması, qarşıdurmanın güclənməsi var idi. Məsələ tək maliyyədə, qrantda deyildi. Əsas niyyət iyrənc idi: anti-Elçibəyçilik, Elçibəyə xəyanət idi. Prezident İlham Əliyevin məşhur bir ifadəsi var: "Mən liderinə xəyanət etmiş adamla iş birliyində ola bilmərəm". Bax, bu sonradan əlaqələrin tamamilə qırılmasına gətirib çıxardı ki, öz liderinə xəyanət edən imici qazanmış insanla iş birliyində olmaq mümkün deyil. Və belə olan halda, nə qədər abırsız olasan ki, Rəsulzadə kimi xalqın dəyər verdiyi bir şəxsiyyətə satqın və cəinayətkarla müyayisə edəsən. Bu Rəsulzadənin, tarixi şəxsiyyətlərimizin dəyərsizləşdirilməsidir".

Sərdar Cəlaloğlu: "Öz liderinə xəyanət edən satqının belə müqayisə elməsi, bütünlüklə xalqa təhqirdir"

ADP sədri Sərdar Cəlaloğlu da, öz növbəsində AXCP sədri Ə.Kərimlini "bombardman" edərək, onu "xəyanət simvolu" adlandarıb: "Artıq satqınlar yuvası olan "Milli Şura" dialoqdan, airusdan qurtardı, indii də layiq olmadıqları şəxsiyyətlərlə bir səviyyədə olduqların deyirlər. Əli Kərimli kimdir- satqın, xəyanətkar, dağıdıcıcı, onun-bunun buyuruq qulu. Baxın, nə xalq hərəkatında Əli Kərimlinin xüsusi xidmətləri olub, nə sonrakı hərəkatda müsbət xidmətləri olub. Təsadüfən necə olmuşdusa, gəlib Elçibəy hakimiyyəti zamanında dövlət katibi olmuşdu. Onun həmin dövrdə hakimiyyəti daxilində hansı oyunlardan çıxdığının şahidi Qurban Məmmədovdur. Ə.Kərimli Elçibəyi satıb, müxalifətə xəyanət edib. Bu adamda bir kompleks var: özü satqındır deyə çalışır ki, mümkün qədər çox insanın haqqında satqın obrazı yaratsın. Özü o qədər oyunlarda iştirak edib ki, elə bilir hamı onun kimidir. Barı ayıbına kor olub dilini dinc qoy...".

Tahir Kərimli: "Yurd" AXC-də "dövlət içində dövlət idi"

AXCP sədri Ə.Kərimliyə qarşı olan xəyanət ittihamının hansı dərəcədə doğru olmasını aydınlaşdırmaq məqsədilə AXC hakimiyyəti dövründə Ali Məhkəmənin sədri olmuş, o zaman siyasi oyunlardan tam xəbərdar olan "Vəhdət" partiyasının sədri, millət vəkili Tahir Kərimli bildirib ki, Müsavatın "Milli Şura"dan çıxması ilə AXC-çilərlə müsavatçılar arasında başlanmış soyuq savaş, əslində, indiyə qədər baş vermiş proseslərin nəticəsidir və bu savaşın kökü Elçibəy hakimiyyəti zamanı vəzifələr uğrunda başlanmış amansız "Yurd-Müsavat" rəqabətindən qaynaqlanır: "Məlum olduğu kimi, Elçibəy hakimiyyətə gələndən sonra İ.Qəmbər AXC-dən ayrılıb, Müsavat partiyasına başçılıq etməyə başladı. Əli Kərimli isə həm AXC-də, həm də Elçibəyin komandasında "yurdçu"ların maraqlarını və mümkün qədər daha çox miqdarda hökumət postlarına yerləşdirilməsini güdürdü. O zamanlar "Yurd" təşkilatı, faktiki olaraq, AXC-də dövlət içində dövlət kimi davranırdı və təsirli qüvvəyə çevrilmişdi".

T.Kərimli onu da vrğulayıb ki, əslində, biz də illərlə bunu deyirik. Görünən odur ki, axırda hamı biz deyənə gəlir və kimin kim olduğunu görür: "Xəyanətkarların kim olduğu gün kimi aydındır. Elçibəyə xəyanət edənləri də, dar gündə onun yanında olanları da xalqımız yaxşı tanıyır. Baş verən son hadisələrdən sonra isə hər şey daha qabarıq görsənməyə başladı. Mən vaxtımı və enerjimi bu kimi şeylərə xərcləmək istəmirəm. Onsuz da Ə.Kərimli kimi xəyanətkarlar gec-tez ifşa olunmalı idilər".

Göründüyü kimi, alqı-satqı obyekti olaraq, bu insan çox işlədilib. İşlənmiş əşyalara isə nə Azərbaycan siyasəti, nə Azərbaycan hakimiyyəti, nə də beynəlxalq təşkilatlar ehtiyac duymurlar. Milli xəyanətkarların yeri tarixin zibilliyidir və onlar sona qədər həmin zibillikdə qalacaqlar.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...