"Paşinyan bu prosesin tezləşdirilməsində həvəslidir" "PAST"

Ermənistanın “Past” qəzetinin yazdığına görə, ölkə parlamentinin məzuniyyətə çıxacağı vaxt dəqiqləşdirilməyib və qanunverici orqana “ehtiyac” hər an duyula bilər. “Məlum olduğu kimi, növbəti sessiya başa çatıb, lakin növbədənkənar iclaslar seriyası davam edir”, yazan erməni nəşri qeyd edir ki, artıq iyulun 13-də təcili iclasın çağırılması da bunu göstərir. İclasın mövzusu isə, Paşinyan hakimiyyətinin başına bəla gətirən koronaviorusla mübarizədə məğlubiyyət durumudur. Qəzetin yazdığına görə, iclasda fövqəladə halın daha bir ay müddətinə uzadılması müzakirə ediləcək.

“Past” onu da qeyd edir ki, ümumilikdə parlamentin gündəmində elə bir məsələ də yoxdur ki, onu təcili şəkildə müzakirəyə çıxarsınlar. Lakin hakimiyyət üçün bir sıra həlledici məsələlər hələ də havadan asılı vəziyyətdə qalıb.

“Xüsusilə konstitusiya məhkəməsinin üzvlərinin seçilməsi məsələsi qeyri-müəyyən olaraq qalmaqda davam edir”, yazan nəşr bildirir ki, yaxın mənbələrinin dediklərinə görə, həmin məsələ payız aylarına qədər uzadılacaq: “Paşinyan bu prosesin tezləşdirilməsində həvəslidir, lakin başqa tərəfdən onlar ATƏT DTİHB-nin bununla bağlı hansı qərar verəcəyini anlamalıdırlar”.

Adıçəkilən nəşr Avropa siyasi dairələrinin bununla bağlı Ermənistana qarşı sərt bəyanatlar səsləndirəcəyini də istisna etməyib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə