Polis etirazçıları saxlamağa davam edir Ermənistanda

Polis, sosial məsafəyə riayət etmələrinə baxmayaraq, etirazçıları Ermənistan hökumətinin qarşısında saxlamağa davam edir. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, jurnalistlərin niyə sosial məsafəni qoruyan vətəndaşlar saxlanılır sualına Ermənistan polisi “aksiya dayandırılmalı, dağıdılmalıdır” cavabı verib.

Məlumatda qeyd olunur ki, bu cavabın ardınca polis aksiyaçıları dağıtmağa, eyni zamanda saxlamağa davam edib.

Etirazçılardan biri polis məmurundan onun tutulmaması üçün öz döğma yerində harada dayana biləcəyini soruşub. “Söylə, hara gedək, öz şəhərimizdə harada dayanaq? Artıq bezdik”, deyə etirazçı bildirib.

Ancaq hadisə yerindən uzaqlaşmasına, oradan uzaqlaşmasına baxmayaraq, polis onu izləyib, saxlayıb və həbs edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə