"Ölkəmiz bütün imkanlarını pandemiyaya qarşı mübarizəyə səfərbər edib” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iyulun 6-da televiziya kanallarına müsahibəsində ölkədə hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı geniş danışmış, bir çox prinsipial məsələlərə dair qəti mövqeyini ifadə etmişdir. Dövlət başçımızın hər bir çıxışında yeni bir istiqamət və yeni bir yol olur. Hazırda yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizə dünya dövlətlərinin gündəliyinin əsas məsələsinə çevrilib. Dünyada ciddi səhiyyə və sosial-iqtisadi problemlərin yaranmasına səbəb olan pandemiyanın yayılma arealının məhdudlaşdırılması, onun fəsadlarının aradan qaldırılması məqsədilə həm qlobal, həm də milli səviyyələrdə tədbirlər görülür. Bu baxımdan, Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Respublikamız COVİD-19-a ilk yoluxma faktı qeydə alındıqdan etibarən özünün bütün imkanlarını pandemiyaya qarşı mübarizəyə səfərbər edib”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri, Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat bildirib ki, ölkəmiz pandemiya şəraitində də özünün nümunəvi sosial siyasətinə sadiqlik nümayiş etdirir: “Azərbaycan hökuməti respublikanın daxili imkanlarına əsaslanaraq pandemiyaya qarşı mübarizədə səmərəli nəticələrin əldə olunmasına hədəflənən və müxtəlif istiqamətləri əhatə edən genişmiqyaslı tədbirlər həyata keçirir. İnsanların həyatının qorunması, onların sosial müdafiəsinin təmin edilməsi ölkəmizin COVİD-19 pandemiyasına qarşı mübarizə gündəliyində əsas yeri tutur. Başqa sözlə desək, Azərbaycan dövləti pandemiya şəraitində də ənənəsinə sadiq qalaraq öz vətəndaşının yanında olmaq, onların qayğısına qalmaq nümunəsi sərgiləyir. Ölkə başçısı və Birinci Vitse-prezidentin bu istiqamətdə atdığı addımlar bir daha sübut etdi ki, ölkədə yürüdülən siyasətin qayəsində Azərbaycan vətəndaşının sağlamlığı və onun təhlükəsizliyinin təmin edilməsi dayanır. Azərbaycan pandemiyaya qarşı mübarizə çərçivəsində 3.5 milyard manat xərcləyib.

Deputat qeyd edib ki, ölkəmizdə də bu bəlanın yayıldığı ilk gündən Prezidentin uzaqgörən siyasəti sayəsində ciddi preventiv tədbrilər həyata keçirildi: “Cənab Prezident İlham Əliyev də vurğuladığı kimi, bizim üçün ən əsas prioritet insanların sağlamlığıdır. Bu istiamətdə atılan addımların da ardıcıllığı bunu bir daha təsdqiləmiş oldu. İnsanların sağlamlığının təminatı ilə yanaşı sosial qayğılarının da qarşılanması dövlətin diqqətindən kənarda qalmadı. Dövlət büdcəsindən insanların sosial ehtiyaclarının təmin edilməsi məqsədilə ayrılan vəsaitlər insanların sağlamlığı ilə bərabər onların zəruri ehtiyaclarının da diqqətdə saxlanıldığını nümayiş etdirdi. Hər zaman olduğu kimi bu həssas məqamda da dövlət öz vətəndaşının yanında oldu. Cənab Prezident İlham Əliyevin, Birinci xanım Mehriban Əliyevanın vətəndaşlarımızın sağlamlığı üçün ardıcıl və düşünülmüş şəkildə gördüyü işlər cəmiyətimiz tərəfindən də yüksək qiymətləndirilir”.

İ.Məmmədov əlavə edib ki, fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə