“Bəzi müxalifətçilər erməni dostları kimi uğurlarımıza qısqanclıqla yanaşırlar” Vüsar İsmayılov
“Koronavirusla bağlı aparılan təxirəsalınmaz qabaqlayıcı tədbirlər nəticəsində əldə olunan müsbət nəticələr son günlərin statistikasında aydın şəkildə özünü göstərir. Baxmayaraq ki, gündəlik virusa yoluxma halları 500 civarında davam edir, lakin yoluxma və sağalma arasındakı fərqin azalması ümumi göstərici kimi vəziyyətin normallaşmağa doğru getdiyinə işarədir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədr müavini Vüsar İsmayılov deyib.
Onun sözlərinə görə, həyata keçirilən uğurlu işlər bir daha onu göstərir ki, Prezidentimiz İlham Əliyevin bu sahəyə ayırdığı xüsusi diqqət və bu diqqətdən irəli gələn əhəmiyyətli tədbirlər son dərəcə səmərəlidir: “Cənab Prezident Xətai rayonunda yerləşən FHN-nin tibbi mərkəzinin koronavirus xəstələri üçün nəzərdə tutulan modul tipli hospitalın açılışında bu barədə yerli televiziya kanallarına müsahibəsində ətraflı bəhs etdi və problemə düzgün və adekvat yanaşmanın müsbət dəyişikliklərə səbəb olduğunu ətraflı izah etdi. Cənab Prezident qeyd etdi ki, indi dünyanın bir çox ölkələri yumşalma tədbirlərindən sonra yenidən məhdudlaşdırıcı tədbirləri görməyə qərar veriblər. Bu yayılmanın qarşısını almaq üçün ən təsirli tədbirdir. Ölkəmizdə Cənab Prezidentin səhiyyə sahəsində həyata keçirdiyi islahatların nəticəsində respublikamıza yüzlərlə yeni tibbi avandanlıqlar gətirilib və müasir xəstəxana binaları tikilib istifadəyə verilib. Bakı, Sumqayıt, Gəncə, Abşeronda 5 modul tipli xəstəxanalar artıq koronavirus xəstələrinə xidmət göstərir. Digər 5 xəstəxanada isə tikinti işləri davam etdirilir. Gələcəkdə bu sayın artırılması üçün ərazilərin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Cənab Prezidentin sərəncamı ilə 36 xəstəxana binasının tikilib istifadəyə verilməsi, indiki dönəm də xəstələrin yerləşdilməsi, onlara qayğı göstərilməsi baxımından nə qədər əhəmiyyətli rol oynadı. Eyni zamanda acınacaqlı vəziyyətin qarşısını aldı. Testlərin aparılması üçün yeni laboratoriyaların yaradılması müayinələrin vaxtında və operativ aparılmasına xeyli töhvələr verəcək. Mövcud 6 laboratoriyadan sonra bu rəqəmin 44-ə çatdırılması istiqamətində atılan addımlar daha da təsirli tədbirlərin görülməsi üçün əlverişli zəmin yaradacaqdır. Zəruri və təxirəsalınmaz tədbirlərin nəticəsidir ki, cənab prezidentin qeyd etdiyi kimi sayca bizimlə eyni olan ölkələrdə yoluxma və ölüm sayları minlərlədir. Dünyanın ən güclü dövlətlərinin də məruz qaldığı pandemiya ardıcıl, məsləhətli, rasional tədbirlər görən ölkələrdə az itkilərlə müşahidə olunur. Məhz Azərbaycan həm ölkə daxilində, həm də dünya səviyyəsində pandemiyaya qarşı güclü mübarizə aparan dövlətlər sırasındadır. Ölkəmiz təsadüfi deyil ki, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar, 30-dan çox ölkəyə pandemiyanın ağır fəsadlarının aradan qaldırılması üçün digər yardımlar edib. Bu hal ölkəmizin humanizm prinsiplərinə sadiq olmasının göstəricisi olmaqla yanaşı, onun nüfuzlu bir dövlət kimi reytinqinin daha da yüksəlməsinə xidmət edir. Beynəlxalq təşkilatlar Azərbaycanın bu istiqamətdə apardığı işləri yüksək qiymətləndirirlər. Cənab Prezidentin BMT-nin Baş Assembleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə 130 dövlətin qoşulması ölkəmizin dünya miqyasında bir daha böyük hörmətə və diqqətə layiq olmasını bariz təcəssüm etdirir. Burada bir məqam çox maraqlıdır ki, Ermənistan həmişə olduğu kimi, bu dəfə də təşəbbüsə qoşulmamaqla öz daxili çirkinliyini ortaya qoydu. Əslində Ermənistan tərəfdən bu yanaşma gözlənilən idi. Cənab Prezidentin təbirincə desək bu Ermənistan tərəfindən təbliğ olunan Azərbaycanafobiyanın, dövlətimizə, xalqımıza olan nifrətin təzahürüdür”.
V.İsmayılov bildirib ki, bu durumdan ermənilər kimi Azərbaycan müxalifətinin bəzi nümayəndələri də öz çirkin niyyətlərini həyata keçirmək üçün məharətlə istifadə edirlər: “Məlumdur ki, koronavirus dünya iqtisadiyyatına sarsıdıcı zərbələr vurur. Biz də dünyanın bir hissəsi olaraq bu çətinliyə təbii ki, məruz qalırıq. Neftin qiymətinin 14 dollara düşməsindən sevincək olan bəzi xalqdan ayrı düşən radikal müxalif məxluqlar elə güman etdilər ki, bu sosial partlayışa səbəb olacaq və onlarda bundan faydalanacaqlar. Lakin unudarlar ki, Prezident İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti bütün çətinlikləri addamağı, vətəndaşlarımızın sosial rifahını qorumağa hesablanan bir siyasətdir. Təsadüfi deyil ki, baxmayaraq pandemiya müxtəlif sahələrin inkişafını məhdudlaşdırır, amma Azərbaycan bir çox ölkələrə yardım edir, köməklik göstərir”.
YAP Binəqədi rayon təşkilatının sədr müavini adını azərbaycanlı qoyan bəzi nadürüst müxalifətçilərin erməni dostları kimi bu uğurlarımıza qısqanclıqla yanaşdıqlarını bildirdi: “Çox güman ki, xarici ölkələrdə məskunlaşmış və Azərbaycan iqtidarına hədyanlar yağdıran “söyüş müxalifəti”nin təmsilçiləri ermənilərə pandemiya dövründə pul dilənirlər. Çünki onlar istəməzlər ki, öz əcdadları aclığa, səfalətə düçar olsunlar. Ancaq istəsələr də , istəməsələr də bu reallıqdı. Ermənilər 30 min dollar yardıma görə bayram edirlər. Azərbaycan isə kasıb ölkələrə milyonlarla yardım göstərir. Bu fərqi görməyən yalnız erməni soyunda, kökündə, xislətində olan müxalif düşərgənin nankor funksionerləridir . Bütün bu çətinliklər iqtisadiyyatımıza mənfi təsir etsə də, əsas sahələrdə, xüsusən də kənd təsərrüfatında, qeyri neft sektorunun bəzi sahələrin də inkişaf dinamikası saxlanılır. Ərzaq təhlükəsizliyi ölkəmizdə təmin olunub. Azərbaycan bazarlarında bolluq müşahidə olunur. Əlbət də ki, erməniləri və erməni xislətli müxalifətçiləri bu hal çox məyus edir. Məyusedici olsa da həqiqət inkar olunmazdı . Azərbaycan hələ uzun illər Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq. Əminik ki, Azərbaycan bu bəlanı arxada qoyacaq, xalqımız həmişəki kimi xoşbəxt, firavan həyatına yenidən qovuşacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə