Azərbaycan Liderinin növbəti uğuru

130-dan çox ölkənin Prezident İlham Əliyevin təşəbbüsünü dəstəkləməsi ölkəmizə olan etimadın göstəricisidir

Bu son 4-5 ay ərzində gözlənilmədən bəşəriyyətin üzərinə yeriyən koronavirus adlı kabusun qarşısında dünyanın bir çox böyük dövlətlərinin pandemiyasının ağır fəsadları qarşısında zəif, naəlac qaldığı bir məqamda, Azərbaycanda Prezident İlham Əliyevin müdrik liderliyi ilə bu təhlükənin önlənməsi, əhalinin sağlamlığının qorunması üçün ardıcıl, düşünülmüş addımlar atılıb. Nəticə göz qabağındadır. Bu gün Azərbaycan xalqı və dövləti, bəlkə də, son yüzilin ən ağır sınağından uğurla, zəfərlə çıxmaq üzrədir. Təhlükənin ilk anından “Biz birlikdə güclüyük” deyə bəyan edən və dövlətin bütün resurslarını səfərbər etməyi bacaran cənab Prezidentin tarixi xidmətlərini xalqımız görür və öz rəhbərinə inanır. Belə ki, Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli və operativ olması, kreativ lider kimi ən mürəkkəb hadisələri yüksək peşəkarlıqla idarə etməsi, qarşısına çıxan maneələri sürətlə keçməsi, düzgün qərarlar verməsi və bütün ölkənin aqibəti ilə yanaşı, hər bir vətəndaşın da qayğılarını eyni həssaslıqla düşünməsi Onun nüfuzunu dünya miqyasında artırır. Dövlət başçısının mübarizliyi və müdrik lider keyfiyyətləri yüz minlərlə insanın rəğbətinə səbəb olur.

Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə görülən işlər, xüsusən genişmiqyaslı sosial dəstək tədbirləri bir çox ölkələr üçün nümunə ola bilər. Məhz düşünülmüş uğurlu siyasət aparan Azərbaycan Prezidenti İlham Əliyev ilk növbədə, yaranmış vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərinin həll edilməsinə diqqət yetirdi. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirən 600 mindən çox insan dövlət tərəfindən dəstəklə təmin edilir. Buna hansı yolla nail olunur? Əlbəttə ki, dövlət başçımızın düşünülmüş uğurlu siyasəti nəticəsində. Güclü iqtisadiyyata malik olan dövlət hər şeyə qadirdir. Bəli, həqiqətən də bu danılmaz aksiomadır. Məhz ölkəmizin iqtisadiyyatın inkişaf tempinə görə regionda lider dövlətə çevrilməsi də təsadüfi deyil.

Azərbaycan hökumətinin yürütdüyü müstəqil siyasət həmişə birmənalı olub: "Güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində, biz uğurla inkişaf edirik". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da altıncı çağırış - Milli Məclisin ilk iclasındakı çıxışında demiş və son 16 il ərzində iqtisadi sahədə əldə edilmiş uğurların dünyada bərabəri olmadığını vurğulamışdır.

Dünya birliyinin mütləq əksəriyyətinin yardıma ehtiyac duyduğu bir vaxtda əlimizdə olan resurslar bu çətin vəziyyəti idarə etməyə imkan verir.Bu gün dünyanı ağuşuna alan koronavirus epidemiyanın dünya iqtisadiyyatının iflic vəziyyətinə salmasına baxmayaraq, xəstəliyin ölkəmizdə yarada biləcəyi fəsadlar cənab Prezidentin mütərəqqi göstərişləri nəticəsində minimuma endirilmişdir. Bu, məhz ölkə Prezidentinin düşünülmüş siyasəti nəticəsində həyata keçirilir. Təqdirəlayiq məsələlərdən biri də budur ki, Azərbaycan Prezidenti yaranmış vəziyyətlə əlaqədar büdcədə zəruri olmayan layihələrin dayandırılması və ixtisara salınması barədə göstəriş versə də, sosial sahədə heç bir proqramın ixtisar edilməyəcəyini bildirmişdir. Bu bir daha onu deməyə əsas verir ki, ölkəmizdə aparılan siyasətin ana xəttini Azərbaycan Respublikasının vətəndaşı tutur, vətəndaşa yüksək qiymət verilir, görülən hər bir iş vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına yönəlib. Məhz bu gün bütün dünyanın gözəgörünməz düşmənə qarşı (COVID-19) mübarizə apardığı bir şəraitdə cənab Prezident minimum 7 min köçkün ailəsinin və minimum 1500 şəhid ailəsinin yeni mənzillərlə təmin ediləcəyini bildirməsi Azərbaycan dövlətinin vətəndaşına olan qayğısının reallığıdır. Eyni zamanda, dövlət başçımızın bu uğurlu siyasəti Azərbaycan xalqı ilə yanaşı, eyni zamanda dünya dövlətləri tərəfindən dəstəklənir və Ona böyük etimad göstərirlər. Elə bu günlərdə Azərbaycan Prezidentinin 130-a qədər dövlət tərəfindən irəlmi sürdüyü təşəbbüsün dəstəklənməsi deyilənlərin reallığıdır.

Azərbaycan Prezidentinin 130-a qədər dövlət tərəfindən dəstəklənməsi etimadın və hörmətin növbəti göstəricisi, tarixi çağırışıdır

Məhz Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilməsi, onun davamı olaraq mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda keçirilmiş Zirvə görüşləri bir daha sübut edir ki, bu tədbirlər ölkəmizin qlobal səviyyədə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinin real nəticəsidir. Ən uğurlu nailiyyət isə Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün BMT-nin üzvü olan 130-a qədər dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisi olmaqla yanaşı, bu tarixi çağırış idi. Çünki belə bir çağırışı ancaq tarixi liderlik missiyasını Prezident İlham Əliyev üzərinə götürə bilərdi və bunu da Azərbaycan Prezidenti etdi. Bu Azərbaycan Prezidentinə beynəlxalq birliyin inamının, etimadının təzahürü, ölkəmizin və dövlətimizin başçısının qlobal miqyasda nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də bütün üzv ölkələrin problemin həlli istiqamətlərində səyləri birləşdirməklə COVID-19-a qarşı mübarizədə birlik, həmrəylik nümayiş etdirməsinə mühüm töhfə olacaq.

130 ölkələr Azərbaycan dövlətinin qlobal həmrəyliyini dəstəklədi

Bu gün BMT-nin 130-dək üzv dövləti tərəfindən Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüsün dəstəklənməsi tarixi hadisə olmaqla yanaşı, həm də dünya dövlətlərin həmrəylik çağrışlarına dəstəyi idi. Bütün dünyanı bürüyən bu koronavirus bir tək yoluxucu, ölümcül xəstəlik deyil, eyni zamanda son dərəcə sarsıdıcı, ağır, humanitar təhlükələr yaradan, dövlətlərin məcburi özünütəcridinə yol açan pandemiyadır. Belə bir məqamda isə bütün dünyanın qəbul etdiyi liderlərin təşəbbüslərinə, həmyərlik çağırışlarına böyük ehtiyac duyulur və Prezident İlham Əliyev məhz belə liderlərdəndir ki, çətin məqamlarda onun söylədiyi hər söz, hər kəlmə, irəli sürdüyü hər ideya bəşəriyyət tərəfindən qəbul olunur, sayğı ilə qarşılanır, dəstək qazanır. Bax, budur LİDERLİK, budur çətin anların Prezidenti olmaq, budur xalqın, bütünlüklə dünya dövlətlərin belə bir zamanda etimadını, inamını qazanmaq.

Məhz dövlətimizin başçısına böyük etimad və inamın nəticəsidir ki, koronavirusla mübarizə istiqamətində ilk qlobal və beynəlxalq tədbir də Onun təşəbbüsü və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının vəsiləsi ilə keçirilib. Özü də dövlət və hökumət başçıları səviyyəsində. Sevindiroici və qürurverici haldır ki, bu tədbir həm də ilk beynəlxalq tədbir kimi tarixə düşüb. Daha sonra eyni adlı mövzuda Qoşulmama Hərəkatının fövqəladə Zirvə konfransı düzənlənib. Ardınca isə, BMT-nin 130-dək üzv dövləti tərəfindən Prezident İlham Əliyevin təşəbbüsünə dəstəklənməsi beynəlxalq ictimaiyyətin ölkəmizə, dövlətimizin LİDERİNƏ olan böyük etimadın əyani və növbəti göstəricisidir. Lakin bu böyük diplomatik uğura yenə işğalçı ölkə – Ermənistan bir daha əsl irticaçı siyasətini göstərdi.

Ermənistan bir daha dünya dövlətləri arasında özünü rüsvay etdi

Bu gözlənilən idi. Çünki Azərbaycanın artan nüfuzu, sözünün eşidilməsi işğalçı ölkə olan Ermənistanı həmişə rahatsız edib, bu gün də edir. Çünki bütün dünya COVID-19-a qarşı mübarizədə həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə, BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi.

İnanırıq ki, Azərbaycan Prezidenti İlham Əldiyevin təşəbbüsü ilə keçiriləcək BMT-nin xüsusi sessiyası pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına münbit mühit yaradacaq və bu qlobal təhdidə qarşı elə məhz qlobal səviyyədə də cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. Hazırda koronavirus pandemiyasının davam etməsi BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində dövlət və hökumət başçılarının təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən bu bəladan çıxış yollarını birgə müzakirə edilməsinə və həll yollarının tapılmasına həqiqətən də böyük tələbat var. Və ümid edirik ki, xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə verəcək.

MEHRİBAN ABASQULİYEVA,

YAP Sabunçu rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...