“Parlaq Ermənistan” partiyası “B" planı hazırlayıb” “Hraparak” qəzeti yazır

"Parlaq Ermənistan" partiyası 18-ci mandatı onlara geri qaytarmaq və müxalifətə düşən 1/3 hissəni bərpa etmək tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib. SİA Ermənistana məxsus aysor.am yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzeti yazır ki, bu mandat "Parlaq Ermənistan" fraksiyasından ayrılan Arman Babacanyana məxsusdur. Müraciətə baxılma günü hələ təyin edilməyib, onu David Xajakyan təqdim edəcək. MSK-nın presedent olmayan bu müraciəti rədd edəcəyi hal üçün, "Parlaq Ermənistan" partiyası "B Planı" hazırlayıb və məhkəməyə müraciət ediləcək.
Söhbət mandatdan getdiyi üçün iş Konstitusiya Məhkəməsinə göndəriləcəkdir. "Parlaq Ermənistan" partiyası ümid edir ki, Paşinyan bu məsələ ilə bağlı "düzgün" siyasi qərar verəcək, bu da sonradan üsyançı deputatlardan mandat almaq üçün ona xidmət edəcəkdir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...