Yaponiyada avtomobil satışları 11 martda baş verən zəlzələ və sunami fəlakəti səbəbi ilə aprel ayında keçən ilin eyni ayına görə 51 faiz azalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkədə aprel ayında ağır texnikanın satışı 45,9 faiz azalaraq 11 min 277, kiçik avtomobillərin satışı isə 41,1 faiz azalaraq 76 min 849 ədəd olub.
"Toyota"nın Yaponiyadakı satışları keçən ay keçən ilin eyni ayı ilə müqayisədə 68,7 faiz azalaraq 35 min 557-yə qədər geriləyib. "Honda"nın satışları 48,5, "Nissan"ın satışları isə 37,2 faiz azalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB