Boş bardağı dolu çanağa vuran erməni yalı ilə bəslənənlər

Yaxud dünənki dələduzlar bu gün haqdan dəm vururlar

Azərbaycan bu gün dövlətçiliyin möhkəmləndirilməsi yolu ilə inamla irəlilədiyi, sosial-iqtisadi sahələrdə dinamik inkişaf təmin edildiyi, xalqın mənafeyi ciddi şəkildə qorunduğu, beynəlxalq aləmə inteqrasiya gücləndiyi, qlobal layihələrin uğurla gerçəkləşdiyini bütün dünya, ən əsası isə Azərbaycan xalqı 1993-cü ildən görür və öz lideri ilə xalq-iqtidar birliyi olaraq dönməz olduğunu nümayiş etdirir. Lakin bütün bunlara görə narahatlıq hissi keçirən ermənipərəst dairələr əndişələnir, müxtəlif vasitələrlə ölkəmizə təzyiq etməyə çalışır, “beşinci kalon”a maliyyə dəstəyi göstərməklə, habelə digər şirnikləndirici metodlarla ayrı-ayrı siyasi qüvvələri ələ alır, dövləti zəiflətmək, Konstitusiya quruluşunu dəyişmək üçün, necə deyərlər, dəridən-qabıqdan çıxırlar. Şübhəsiz ki, belə bir yolla məkrli niyyətin Azərbaycanda reallaşdırılması mümkün deyil. Çünki, qeyd etdiyimiz kimi, dövlətimiz ötən əsrin 90-cı illərinin əvvəllərindəki kimi gücsüz, kövrək vəziyyətdə deyil, həm siyasi, həm də iqtisadi cəhətdən güclənib, beynəlxalq dairələrdə nüfuz sahibinə çevrilib.

Amma antiazərbaycan dairələrin əlində alətə çevrilən və millətimizin adına ləkə olan şəxslər, təəssüf ki, inadlarından əl çəkmir, Azərbaycana qarşı çirkin təbliğat aparmaqdan yorulmurlar. Onlar Avropada erməni fondlarının maliyyəsi hesabına sosial medianın imkanlarından yararlanıb ölkəmizin mövcud reallıqlarını “unudaraq”, yalan, böhtan yolu ilə Azərbaycanda siyasi proseslərə müdaxilə edirlər. Bununla da “söyüş" və satqın radikal müxalifətin "lideri" AXCP sədri Əli Kərimli, dələduzlar yuvası olan "Milli Şura"-nın sədri Cəmil Həsənli və onların pultları ilə idarə olunan antiazərbaycan şəbəkəsinin qrantları hesabına Vətənə qarşı xəyanət yolu tutan, dövləti, dövlətçiliyi, yüksək vəzifəli rəsmi şəxsləri təhqir etməklə, əyri yollarla dolanışıq qurmağa can atmaq üçün xarici ölkələrə üz tutan, orada özlərinə müxtəlif vasitələrlə sığınacaq taparaq ermənilərin və ermənipərəst dairələrinin əlində alətə çevrilən bir qrupp dələduzlar - Ramiz Yunus, Arif Məmmədov, Sevinc Osmanqızı, Orduxan Temirxan, Qurban Məmmədov, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Nahid Cəfərov, Rəfail Piriyev və…bu kimi tula payı ilə bəslənənələrdən soruşmaq lazımdır – haraya qədər abırsızlıq edəcəksiniz?

Azərbaycan hakimiyyətini şərləmək onların simalarıdır

Soruşmaq lazımdır, ay boş bardağı dolu çanağa vuran erməni yalı ilə bəslənənlər Azərbaycan hakimiyyətini şərləməklə nəyəsə nail olursunuz? Yox! Çünki xalq, beynəlxalq aləm Azərbaycan hakimiyyətinin düşünülmüş, uğurlu addımını görür. Sizin kimi dələduzlar isə bu reallığı anlamır ki, antimilli, anti-Azərbaycan təbliğatlarla, erməni lobbisinin sifarişlərini yerinə yetirməklə respublikamızda təxribat törətmək, qarşıdurma yaratmaq cəhdlərinə nail ola bilməyəcəksiniz və Vətənə xəyanət əməlləriniz uzun müddət davam edə bilməz.

Bir müdrük kəlamda deyilir ki, "Hansı yana gedəcəyini bilmirsənsə, hansı yolla getməyinin heç bir əhəmiyyəti yoxdur". Siyasətin çirkin iş olduğu haqqında da belə deyirlər ki, "əslində siyasət çirkin deyil, onunla çirkin insanlar məşğul olanda çirkin olur". Və bu erməni yalı ilə bəslənənlər anlamırlar ki, sosial şəbəkələrdə böhtan və şantaj xarakterli məlumatlar yaymaqla xalqın nifrətini birə-on qat artrırlar.

"Buradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırlar"

Bu fikirləri Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin mayın 28-də açılışı zamanı prezident İlham Əliyev çıxışı zamanı deyib: "Azərbaycan hakimiyyəti öz vətəndaşlarını qoruya bilmədi. Xalqımıza qarşı qanlı cinayət, soyqırımı törədildi. Ondan bir neçə ay sonra - 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Kimdir günahkar? Azərbaycan Xalq Cəbhəsi. Bir nömrəli günahkar odur. Əlbəttə, o vaxtkı hakimiyyətin də günahı var. Çünki öz şəhərlərimizi qoruya bilmədi. Ancaq Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəlmək üçün xəyanət etmişdi. Şuşanın guya müdafiəsini təşkil edən adamlar satqınlıq edib, xəyanət edib, qaçıb gizlənmişdilər. Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Az kontingentlə oranı illərlə müdafiə etmək olar, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Belə də oldu. Sonra Laçını da satdılar. Hakimiyyətə gəldilər. Onların əsas məqsədi hakimiyyətə gəlmək və olan-qalan sərvətləri talamaq idi”.

Dövlət başçısı xalqın başına gətirilən bu bəlaları AXC-Mümavat cütlüyünün satqınlarının etdiyini və onların əsl simalarını faktlarla açıb göstərdi: "Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı".

“Azərbaycan Xalq Cəbhəsinin cinayətkar əməlləri bununla bitmir. Ondan sonra onların yarıtmaz fəaliyyəti nəticəsində Kəlbəcər işğal olundu", - deyən dövlət başçısı həmin dövrdə hakimiyyət başında öz mənafeləri naminə xalqı, vətəni satanlar hakimiyyət başında olduğunu da deyib: "Kim məşğul idi müdafiə ilə? Hərbi işdən heç bir xəbəri olmayan savadsız və xəyanətkar adamlar. Kim idi dövlətin başında? Xalq arasında heç bir hörməti olmayan boşboğaz. Kim gətirdi saldı bizim xalqımızı bu bəlaya? Onlar. O vaxt Heydər Əliyev olsaydı, qoyardımı ki, belə vəziyyət yaransın? Ona görə biz bunu bilməliyik. Kəlbəcər əldən gedəndən sonra neylədilər? Vəziyyəti bərpa etmək əvəzinə başladılar öz ordumuza qarşı mübarizəyə. Burada torpaqlar əldən gedir, onlar isə Gəncəni bombalayırdılar. Kəlbəcər, Laçın, Şuşa rayonları işğal olunandan sonra Dağlıq Qarabağla Ermənistan arasında bağlantı yarandı. Onlar isə Gəncəni bombalayırlar. Kim edib onu? Azərbaycan Xalq Cəbhəsi. Bu gün elə orada-burada fırlananlar da bu işdə əli olan cinayətkarlardır. Xalq da buna dözmədi, bunları süpürdü birdəfəlik atdı. Məhz ondan sonra Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi və vəziyyət sabitləşdi. Budur səbəbkarlar, budur tarixi həqiqətlər”.

Prezident İlham Əliyev onu da bildirdi ki, torpaqları işğaldan azad etmək üçün böyük səylər göstərilir: "Ancaq Aprel döyüşləri və uğurlu Naxçıvan əməliyyatı göstərdi ki, Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər. Ancaq bradakı satqınlar, xainlər, Azərbaycan millətinin düşmənləri donos yazırdılar. İndikilər də yazırlar".

«Mən bunu dəfələrlə bildirmişəm və bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ məsələsi ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi,”-deyən dövlət başçısı o qeyd edib.

“Sapı özümüzdən olan balta”lar- erməni sevgisi və erməni lobbisinə xidmət…

Göründüyü kimi, öz xalqına və dövlətinə qarşı düşmənçilik mövqeyi sərgiləyən xaricdəki antimilli ünsürlərin, eləcə də ölkəmizdəki “beşinci kolon”un məhz indi xüsusi aktivləşməsinin əsasında duran başqa bir səbəb - Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin strateji diplomatiyanın, yaxud hücum diplomatiyasının sayəsində erməni yalanları ifşa olunması, Valday və Aşqabadda tarixi və siyasi reallıqları qətiyyətlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq ermənilərin saxta təbliğatını ifşa etməsi, Münxendə və iyunun 18-də isə Şərq Tərəfdaşlığı ölkələrini Sammitində isə Nikol Paşinyana növbəti dəfə tarixi, hüquqi, siyasət və diplomatiya dərsi keçməsi ermənilərdə, ermənipərəst dairələrdə ciddi mənəvi-psixoloji sarsıntının və əndişənin yaranmasına səbəb olub. Və erməni lobbisi ilə yanaşı onlara dəstək olan xaricdə "siyasi mühacir" adı ilə məskunlaşmış vətən satqınları, ölkəmizdəki “beşinci kolon” nümayəndələri, daha doğrusu – “sapı özümüzdən olan balta”lar bu uğurlardın virus xəstəliyinə düçar olublar.

Erməni lobbisinin “muzdlu ideoloji əsgəri” - Arif Məmmədov

Erməni lobbisinin “muzdlu ideoloji əsgəri” olmağı ilə !qürur» duyan satqın, mənəviyyatsız keçmiş “diplomat” Arif Məmmədov o Arif Məmmədovdur ki, işğalçı ölkədə təşkil olunmuş toplantılarda iştirak edən və Azərbaycan dövlətinin milli maraqlarına zidd, Ermənistanın isə mənafeyinə uyğun fikirlər səsləndirən satqınların ümumiləşdirilmiş simasıdır.

Siyavuş Novruzov: "Aif Məmmədov xəyanət və satqınlıq nümunəsidir"

YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Arif Məmmədovun satqın və xəyaqətkar olduğunu deyib: "Arif Məmmədovla bağlı dediklərimin üstündə dururam. Bu insan xalqına, dövlətinə xəyanət etmiş adamdır. Onun yazdıqları, müraciətləri bizim üçün əhəmiyyət kəsb etmir. İnsanlar onun əsl kimliyini yaxşı tanıdı. O bitmiş bir adamdır”.

S.Novruzov onu da eyib ki, Azərbaycan dövlətinin çörəyini yemiş, sonra da ölkəsinə və xalqına qarşı düşmənlərlə eyni cəbhədə yer alan, Avropada oturub dövlətimizin əleyhinə iftiralar atan mənəviyyatsızdır: "Azərbaycan xalqının mentalitetində satqınlıq və xəyanət qəbul olunmayan hadisədir. Real həyatda, söz və fikir yaddaşımızda, tarixi hafizəmizin dərinliyindəki hadisələrdə belə xəyanət və satqınlıq ən ağır əməl, cəzası isə çox ağır olan bir hal kimi qəbul edilir. Xəyanətin və satqınlığın ömrü az olduğu kimi, onu həyata keçirənlərin də ifşası hər zaman mütləq xarakter daşıyır. Xüsusilə də, bu xəyanət və satqınlıq dövlətə, xalqa, dövlətçiliyə, insanların rifahı və təhlükəsizliyinə qarşı çevrilirsə, bu cür əməllər və onun icraçıları nəinki ifşa olunmalı, hətta vaxtında layiqli ictimai cavabla qarşılaşmalıdır. Elə uzun müddət Azərbaycan dövlətinin çörəyini yemiş, sonra da ölkəsinə və xalqına qarşı düşmənlərlə eyni cəbhədə yer alan, Avropada oturub dövlətimizin əleyhinə iftiralar atan keçmiş səfir Arif Məmmədov da bu mənada istisna təşkil etməməlidir. Kimdir Arif Məmmədov? Bəlkə də bir çoxlarınız onu Azərbaycan dilində normal danışmağı bacarmayan, “neftayırma” əvəzinə “neftqayırma” deyən, pəltək frazalarla gah “Azərbaycan saatı”nda, gah da “Osmanqızı” kanallarında ağlına deyil, ağzına gələni danışan bir satqındır".

Bir sözlə, bu gün reallıq ondan ibarətdir ki, siyasi riyakarlar hər zaman olub və olacaq. Əsas odur ki, cəmiyyətimiz ayıqdır və belə dönüklərin toruna düşəcək qədər də sadəlövh deyil. Və bu ünsürlər, eyni zamanda, unudurlar ki, doğru yol tutmaqla, dövlətinə, xalqına bağlılıq ruhunda, zəhmətlə qazanılan kiçik məbləğ dövlətini, xalqını satmaqla əldə olunan milyonlardan daha qürurvericidir. Çünki itmiş mənəviyyatı milyonlar xərcləsən belə bərpa etmək mümkünsüzdür. Təəsüf ki, bu deyilənlərdən çox-çox uzaqdırlar. Necə deyərlər, "qozbeli qəbir düzəldər". Ancaq bunları heç qəbir də düzələdə bilməz. Çünki xəmirləri belə yoğrulub.

Bax, budur həqiqət. Ona görə də, Azərbaycan xalqı koronavirus epidemiyasından çıxdıqdan sonra dövlətin, millətin maraqlarını heçə sayan bu satqın anti-milli ünsürlərin şər və böhtanlarını bağışlamayacaq və sərt ölçü götürmələrini, cəmiyyətdən təcrid olunmalarını tələb edəcək. Və bu haqq-hesab isə çox ağır olacaq.

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə