"“Milli Şura” adlı amorf qurum şər işlərlə məşğuldur" ÖZƏL-MÜNASİBƏT

"“Milli Şura” adlı amorf qurum şər işlərlə məşğuldur" ÖZƏL-MÜNASİBƏT

"Ümumiyyətlə “Milli Şura” adlı amorf qurum şər işlərlə məşğuldur. Onların Azərbaycan dövləti və xalqı üçün gördüyü hansısa xeyirxah iş haqqında danışa bilmirik. Bunlar elə quruluşundan Azərbaycan dövlətinə, xalqına qarşı olublar. Xaricdə himayə axtarıblar ki, hakimiyyətə gəlsinlər və ölkədə prezident vəzifəsini ələ keçirsinlər. Təbii ki, Azərbaycan xalqı da onlara yerini göstərib və onları tarixin zibilliyinə tullayıb". Bunu SİA-ya siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, “Milli Şura”nın son videokonfransından yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir: "Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiş etdirir. Bu sadəcə olaraq özlərinin öz üzərlərində istehsasıdır. Yəni adamlar özlərinin mahiyyətini öz dilləri ilə ifadə edirlər. Biz illərdir deyirdik ki, “Milli Şura” adlı amorf qurumda birləşmiş adamlar siyasətdən başqa hər şeylə məşğuldurlar. Çünki siyasət anlayışları sıfırın altındadır. İndi o adamlar artıq etiraf edirlər ki, Azərbaycan hakimiyyətinə şər atırıq. Təbii ki, biz də illərdir ki, bunu deyirdik. Hətta bəzən dediyimizə görə də tənqid, təhqir olunurduq. İndi isə adamlar öz dilləri ilə bunu etiraf edirlər. Düşünürəm ki, bu etirafdan sonra bizi təhqir və tənqid edənlər dönüb özlərinə baxsalar və haqsız olduqlarını etiraf etsələr yerinə düşər. Yəni “Milli Şura” dediyimiz bu qurum öz dilləri ilə desək, hakimiyyəti şərləməklə məşğuldur və məhz onun üçün də fəaliyyət göstərir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə