Harada müalicə olunurlar? koronavirusa yoluxan erməni deputatlar?

Harada müalicə olunurlar? koronavirusa yoluxan erməni deputatlar?

Koronavirusa yoluxan millət vəkillərinin harada müalicə olunduğu barədə məlumat almağa çalışılsa da, onların adlarına koronavirusu müalicə edən xəstəxanalarda rast gəlinməyib. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Nəşrin müxbiri parlament sədrinin müavini Alain Simonyandan həmkarlarının harada müalicə olunduğu barədə soruşub.

“Düzünü deyim ki, bilmirəm. Yəqin ki, evdə", deyə Alain Simonyan bildirib.

Ümumiyyətlə nə qədər xəstəniz var, deyə nəşrin müxbiri bu dəfə parlament aparatının rəhbəri Tiqran Qalstyandan soruşub.

“Konkret bir rəqəm deyə bilmərəm. “Mənim addımım” fraksiyasından təxminən 4 nəfər, “Çiçəklənən Ermənistan” fraksiyasından daha bir neçə nəfər var. Haradasa təxminən 10-15 nəfər olar”, deyə parlament aparatının rəhbəri Tiqran Qalstyan etiraf edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə