“Canni Bukkikionun məktubu Paşinyan üçün soyuq duş effekti oldu” “Joxovurd"

“Canni Bukkikionun məktubu Paşinyan üçün soyuq duş effekti oldu” “Joxovurd"

Venesiya Komissiyasının sədri Canni Bukkikionun Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyana ünvanladığı məktub hakimiyyət nümayəndələri üçün soyuq bir duş effekti olub. SİA Ermənistana məxsus aysor.am saytında yaymlanan məlumatlara istinadən xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti yazır.

“Mən Ermənistandakı konstitusiya dəyişiklikləri ilə bağlı hadisələri yaxından izlədim. Təəssüf edirəm ki, onlar Venesiya Komissiyasının dəqiq göstərişlərinə əməl etmirlər. Mən yalnız Konstitusiyaya hörmət etməyə çağıra bilərəm. Bu qanunun aliliyinin təməl tələbidir”, deyə məktubda bildirilir.

Fakt odur ki, iyunun 22-də Venesiya Komissiyası Ermənistandakı konstitusiya dəyişiklikləri ilə bağlı rəyini yayımlayıb, çünki mayın 13-də ədliyyə naziri Rüstəm Badasyan onlara 3 sual göndərib.

Nəticənin müsbət bir şəkildə təqdim edilməsinə cəhd göstərilsə də, əslində, açıq şəkildə tənqid göz qabağındadır. Məktub Ermənistanın hakimiyyət nümayəndələrini çox təlaşlandırıb. Xüsusən də, “Mənim addımım” fraksiyasının deputatları, bu məsələ ilə bağlı olanlara görə nazir Badasyanı günahlandırır, bunu onun buraxdığı bir səhv hesab etdilər. Çünki Badasyan, Venesiya Komissiyası ilə yaxından işləmiş və əslində onları "inandıra" bilməmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə