“Ermənistanda hakim partiyada virusa yoluxanlar çoxalıb” “Hraparak”
Dünən məlum oldu ki, parlamentin vitse-spikeri, “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Vahe Enfiaqyan, "Mənim addımım" fraksiyasının deputatları Kristine Petrosyan və Viktor Yengibaryan da koronavirusa yoluxublar. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti Nəşrin parlamentdəki mənbəsinə əsaslanaraq yazır.
Qəzet yazır ki, fraksiyada 10-a yaxın virus daşıyıcısı var. Deputatlar yaxın günlərdə bir çoxunda koronavirus testinin pozitiv olacağından, təsdiqlənəcəyindən qorxurlar.
“Fakt budur ki, şikayətlərə baxmayaraq, iyunun 22-də onlar tələb olunan 88 səsin təmin edilməsi üçün parlamentə gəlməli oldular. Əlbətdə, görüşdən sonra testdən keçdiklərini söyləyə bilərlər. Lakin nəzərə almaq lazımdır ki, simptomlar naməlum bir müddət sonra, testin cavabı isə 12 saatdan sonra bilinir”, deyə qəzet yazır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB