“Parlamentdə baş verənlər Konstitusiya Məhkəməsinə hücumdur” Edmon Marukyan
Bazar ertəsi, Ermənistan parlamenti konstitusiya dəyişikliklərini bir saat yarıma qəbul etdi, sonra qanunu Konstitusiya Məhkəməsinə təqdim etmədi və Ermənistan prezidentini qanunu imzalamaq imkanından məhrum etdi. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayılan məlumatlara istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında "Parlaq Ermənistan" partiyasının rəhbəri Edmond Marukyan deyib.
Məlumatda qeyd olunur ki, Edmond Marukyan hadisəni Konstitusiya Məhkəməsinə hücum adlandırıb.
Millət vəkili Taron Simonyan isə, öz növbəsində, Konstitusiyaya ediləcək dəyişikliklərin qəbulu zamanı bir sıra aşkar qanun pozuntularına yol verildiyini qeyd edib.
“Konstitusiyanın 165-ci maddəsinin 2-ci hissəsi pozulub. Digər vacib pozuntu isə Ermənistan prezidentinin qanunu imzalamaq və dərc etmək hüququndan məhrum edilməsidir. Başqa bir qərarla, hakim parlament fraksiyası başqa bir konstitusiya orqanının hüququnu ləğv edib ki, bu da Konstitusiyanın pozulmasıdır", deyə Taron Simonyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB