Bu gün Litva prezidenti Azərbaycanın qonağı olacaq

Bu gün Litva prezidenti Azərbaycanın qonağı olacaq

Bu gün Litva prezidenti xanım Dalya Qribauskayte Azərbaycana rəsmi səfərə gələcək. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Litva prezidentinin mətbuat xidməti yayıb. Litva prezidentinin Azərbaycana iki günlük səfəri çərçivəsində bir sıra sənədlərin imzalanması gözlənilir. Səfər zamanı elm və təhsil, səhiyyə, ətraf mühit və vergilər sahəsində sazişlərin imzalanması planlaşdırılır.

 

Tərəflər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolları, enerji sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Çünki Litva ATƏT-ə sədrlik etdiyi üçün səfər sırasında bu mövzu da müzakirə olunacaq. Eyni zamanda Azərbaycan-Litva iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclasıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə