"Beynəlxalq təşkilatlar Ermənistandakı anti-demokratik proseslərə göz yumur" ÖZƏL-MÖVQE
"Venesiya komissiyası Ermənistan hakimiyyətinin Konstitusiya məhkəməsinin hakimlərinə qarşı davranışını, o cümlədən parlamentdə hakimlərin rəyinin nəzərə alınmadan qəbul etdikləri qərarlarla bağlı narahatdır". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
Politoloqun sözlərinə görə, ümumiyyətlə, təkcə son 10 gün ərzində Qərbin ayrı - ayrı beynəlxalq təşkilatları Nikol Paşinyanın ölkə daxilində hakmiyyətin qanadlarının bir əldə cəmləşməsinə istiqamətlənmiş hərəkətlərini qəti şəkildə pisləmişlər: "Xüsusi ilə qeyd etmək lazımdır kı, beynəlxalq təşkilatlar xristian Ermənistanındakı anti - demokratik proseslərə çox vaxt göz yumurlar, Ermənistanın Rusiya orbitrindən çıxması üçün İrəvana pressinq etmirlər. Hər halda, son hadisələr göstərdi ki, küçədən hakimiyyətə gəlmiş bir qrup kütlə onlara yaxın olmayan bütün siyasi təşkilatlar və şəxslərə qarşı amansızdırlar və bundan sonra da olacaqlar. Nikolun sözünə baxmayan Konstitusiya məhkəməsinin və digər məhkəmələrin sədrlərinin və üzvlərinin faktiki olaraq iş yerlərindən qovulması prosesinə start verilib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB