Milli Məclisin nümayəndə heyəti Avronest PA-nın təsis iclasında iştirak edəcək
Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Avronest Parlament Assambleyasının təsis iclasında iştirak etmək üçün mayın 2-dən 3-dək Belçikada səfərdə olacaq. Parlementin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Gülçöhrə Məmmədova, Elxan Süleymanov, Fuad Muradov və Asim Mollazadə daxildirlər.
Brüssel şəhərində keçiriləcək toplantıya Avropa Parlamentinin prezidenti Yerzi Buzek, Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna və Moldovanın parlament nümayəndə heyətləri qatılacaq.
İclasda Avronest PA-nın komitə və qurumları, struktur bölmələri yaradılacaq, təşkilatın gələcək fəaliyyət mexanizmləri müzakirə ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB