Bolqaristan hakimiyyəti yenidən qapalı və ictimai yerlərdə məcburi qoruyucu maska taxmaq rejimini tətbiq etmək qərarını verib. SİA xəbər verir ki, bu barədə ölkənin Sofia Globe nəşri səhiyyə naziri Kirlil Ananiyevaya istinadən yazır. Ananiyevin qeyd etdiyinə görə, bu qərar məhdudiyyətin gücləndirilməsi tətbiqinə görə verilib.
Səbəb isə son günlər ölkədə COVID-19-la vəziyyətin yenidən pisləşməsi göstərilir. Belə ki, 15 gün aralığında (7-22 iyun müddətində) Bolqarıstanda aktiv yoluxma halları 626 nəfərə qədər artıb. Ananiyev bildirib ki, insanlar sanitar qaydalara riayət etmədikləri üçün yoluxmalar sürətlə artmağa başlayıb.
Vəziyyətin pisləşməsi ilə bağlı ölkədə kütləvi tədbirlərin keçirilməsinə də məhdudiyyətlər tətbiq olunur. Belə ki, kinoteatrlarda, teatrlarda, gecə klublarında, eləcə də idman yarışlarının keçirildiyi qapalı məkanlarda maska taxmaq məcburidir. Eyni zamanda, ictimai nəqliyyatda, xəstəxana və apteklərdə də maskaların taxılmasına nəzarət gücləndirilib. İnsanlar 1,5 metr məsafə saxlamağa məcburdurlar.
Mayın ortalarında Bolqarıstan hökuməti epidemioloji vəziyyətlə bağlı ölkədə fövqəladə situasiya elan edib. Bu qərar 13 martda qəbul olunmuş fövqəladə hal rejimini əvəzləməklə yanaşı, 14 may-14 iyun tarixlərində tətbiq edilməli idi.
İyunun əvvəlində baş nazir Boyko Borisov bəyan etmişdi ki, FH rejimi və s. ölçülər 15 iyunda tamamilə aradan qaldırılacaq. Lakin bunun ardınca rejim ayın sonuna qədər qüvvədə saxlanılıb. Nəşr qeyd edir ki, bu qərarın gələcəkdə də qüvvədə qalıb-qalmaması məsələsi cari həftədə elan olunacaq.
Son məlumatlara görə, Bolqarıstanda ümumilikdə 3 905 yoluxma halı qeydə alınıb, 199 nəfər ölüb, 2000-dən artıq insan isə sağalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB