Türkiyənin İğdır şəhərində Heydər Əliyev liseyinin rəsmi açılışı olub
Türkiyənin İğdır şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan liseyin rəsmi açılışı olub. SİA-nın xəbərinə görə, mərasimində baş nazir Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Türkiyənin Baş naziri deib ki, bu mərasimdə iştirak mənim üçün çox önəmlidir. Təkcə dost, qardaş Azərbaycanın deyil bizim də fəxrimiz, "biz bir millət iki dövlətik" kəlamının müəllifi Heydər Əliyevin adanı daşıyan bu liseyin fəaliyyətindən məmnunuq.
Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov Heydər Əliyevin adını daşıyan müasir təhsil kompleksinin açılışında iştirak etməkdən böyük qürur hissi keçirdiyini bildirib.
Sonra rəmzi açılışı bildirən qırmızı lent kəsilmiş, Baş nazir, səfir və digər qonaqlar liseylə tanış olublar.
Bildirilib ki, liseydə hazırda 234 şagird təhsil alır. Şagirdlər təhsil müəssisəsinə imtahan verərək yüksək balla qəbul edilirlər. 16 sinif otağı olan liseydə müasir standartlara cavab verən kimya, biologiya və fizika laboratoriyaları, idman zalı, qızlar yataqxanası fəaliyyət göstərir. Burada zəngin kitabxana da vardır. Bir sözlə təhsil üçün hər cür şəraitə malik olan Heydər Əliyev liseyi Türkiyənin ən nüfuzlu tədris komplekslərindən biri hesab edilir.
Daha sonra Baş nazir və onunla birlikdə açılış mərasimdə iştirak edən qızı liseyin şagirdləri ilə birlikdə şəkil çəkdiriblər.
Heydər Əliyev liseyini açılışı əhalisinin böyük əksəriyyətinin azərbaycanlıların təşkil etdiyi İğdır, eləcə də bölgənin təhsil ictimaiyyəti üçün əsil bayrama çevrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB