Portuqaliyada komendant saatı və ciddi karantin rejimi qüvvəyə minib MƏHDUDİYYƏTLƏR
21 may-21 iyun tarixlərində Portuqaliyada koronavirusa yoluxanların sayı 9 222 nəfərə qədər artıb
23 iyun tarixindən etibarən Portuqaliyanın paytaxtı ətrafında karantin rejimi gücləndirilib və komendant saatı tətbiq olunub. SİA xəbər verir ki, bu barədə strana.ua məlumat yayıb.
Məlumata görə, hakimiyyət Lissabonda və eləcə də şəhər ətrafındakı regionlarda yenidən koronavirus pandemiyasının baş qaldırması səbəbindən ciddi karantin məhdudiyyətlərini tətbiq etmək qərarını verib. Xüsusilə mağaza və kafelərə axşam saat səkkizdən sonra fəaliyyətlərinə qadağalar qoyulub.
Ölkənin baş naziri Antonui Koşta da bəyan edib ki, söhbət bələdiyyələrin 15 rayonundan gedir. Artıq 23 iyundan başlayaraq müəyyən olunmuş fəaliyyət sahələrinə qadağalar tətbiq olunacaq. O cümlədən, insanlar bir yerə 10 nəfərdən artıq şəkildə toplaşa bilməyəcəklər.
Rəsmi məlumatlara görə, 21 may-21 iyun aralığında Portuqaliyada koronavirusa yoluxanların sayı 9 222 nəfərə qədər artıb. Ən çox yoluxanlar isə Lissabon və Teji çayı boyunca yaşayan sakinlərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB